Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Peterburqda kanalizasiya qapaqlarını oğurlayan azərbaycanlı saxlanılıb
Azərbaycan vətəndaşı sevgilisi ilə birlikdə Sankt-Peterburqda kanalizasiya qapaqlarını oğurladığı üçün saxlanılıb.

Oxu.Az xəbər verir ki, bununla bağlı “Sankt-Peterburq Vodokanal” müəssisəsi məlumat yayıb.

Müəssisə əməkdaşları Dmitriyev küçəsində kanalizasiya qapaqlarının yoxa çıxması ilə bağlı hüquq-mühafizə orqanlarına məlumat verib.

Polislər müəyyən ediblər ki, 31 yaşlı azərbaycanlı və sevgilisi qapaqları oğurlayaraq, metal qəbulu sexinə verib.

Bildirilir ki, altı gün ərzində cütlük 20 kanalizasiya qapağı oğurlayıb.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər
Bütün xəbərlər »