Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Sumqayıtda yol çökdü - “Nissan” çuxura düşdü (Video)
Sumqayıtda yol çökməsi nəticəsində ərazidə dərin çuxur yaranıb. Hətta avtomobillərdən biri yaranmış çuxura düşüb.

“Qafqazinfo” xəbər verir ki, hadisə şəhərin Mehdi Hüseynzadə küçəsində, Polis İdarəsi ilə Təcili Tibbi Yardım Xəstəxanasına gedən yolun kəsişməsində baş verib. Belə ki, küçədə yolun lyuk olan hissəsi çöküb. Nəticədə qarşı tərəfdən gələn 90 OK 411 dövlət nömrə nişanlı “Nissan Sunny” markalı avtomobil həmin çuxura düşüb və maşına ziyan dəyib.

Avtomobil sahibi bildirib ki, yol çəkilişi zamanı yanlışlığa yol verilib. Lyuk üzərində asfalt çəkilən yolun alt qatına çürük taxta parçası qoyulub. Məhz bu səbəbdən ağırlığa tab gətirməyən yol çöküb.

Görüntüdən də göründüyü kimi, həmin ərazidən kanalizasiya xətti keçir. Çöküntü olan həmin ərazinin qarşısına zibil qutusu qoyulub ki, qarşı tərəfdən gələn hər hansı bir avtomobil ora düşməsin.

Hazırda problemin aradan qaldırılması istiqamətində aidiyyatı qurumlar tərəfindən tədbirlər həyata keçirilir.

Paylaş »
››› Bürclərin geyim zövqü: Kim necə geyinməyə üstünlük verir...
››› Emin Əmrullayevin Misir Mərdanovdan fərqi: Örtülü bazardan açıq bazara keçid
››› "Onlar bu addımı çarəsizlikdən atırlar" - Həyatımız necə zəhərə çevrilir
››› "Gözü ilə görmüş olsa da, sübut edə bilmədi" - Azərbaycanda təhlükəli biznes növü
››› Hicama terapiya hansı xəstəliklərin müalicəsində daha çox tövsiyə edilir?
››› Rusiyanın ən çox qorxduğu silah: "Baha başa gələr"
››› Rusiya Çinə görə müharibə ideyasını təxirə salıb
Son xəbərlər
Bütün xəbərlər »