Bu barədə “Qafqazinfo”ya açıqlamasında “AAAF Park”ın mətbuat xidmətinin rəhbəri Kənan Məstəliyev Kompleksin ərazisində yerləşən bir neçə evdə baş vermiş tüstülənmə ilə bağlı xəbərə münasibətində bildirib.
Onun sözlərinə görə, mövsümlə əlaqədar olaraq elektrik enerjisinə tələbatın artması naqillərdə yüklənmə yaradır və qısa qapanmalara səbəb olur:
“Bu hadisənin istiliyin verilməsi ilə heç bir əlaqəsi yoxdur. Qısa qapanma aşağı gərginlik səbəbindən baş verib. Tərəfimizindən məsələyə çevik müdaxilə edilib, təxliyəyə ehtiyac olmayıb. Hazırda hadisənin nəticələri aradan qaldırılmaq üzrədir”, - deyə o, vurğulayıb.