Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Bakıda döyülən direktordan nə xəbər? - Atası danışdı
Əvvəlki günlərə baxanda Tural müəllimin vəziyyəti yaxşıdır. Ona görə də güman edirik ki, gələn həftənin ikinci günündən işə çıxa bilər.

Bunu modern.az-a açıqlamasında 175 nömrəli məktəbin aktyor Rza Rzayev tərəfindən döyülən direktoru Tural Mirzəliyevin atası Elmi Mirzəliyev deyib.

Direktorun atası bildirib ki, oğlunun vəziyyəti düzəlsə də, başgicəllənmə halları var.

"Başgicəllənmə və ürəkbulanması tam olaraq dayanmayıb. Kəllə-beyin travması aldığından otaq şəraitində ayaq üstə bir az gəzəndə başı fırlanır. Amma həkimlər də vəziyyətinin yaxşılığa doğru olduğunu söyləyir".

Xatırladaq ki, aktyor Rza Rzayev noyabrın 20-də Nizami Rayon Məhkəməsinin qarşısında aylardır qalmaqal yaşadığı Bakı şəhəri 175 nömrəli məktəbin direktoru Tural Mirzəliyevi döyərək, ona bədən xəsarətləri yetirib. Məktəb direktoru Sabunçu rayon 3 saylı xəstəxanaya yerləşdirilib.

Paylaş »
››› Bürclərin geyim zövqü: Kim necə geyinməyə üstünlük verir...
››› Emin Əmrullayevin Misir Mərdanovdan fərqi: Örtülü bazardan açıq bazara keçid
››› "Onlar bu addımı çarəsizlikdən atırlar" - Həyatımız necə zəhərə çevrilir
››› "Gözü ilə görmüş olsa da, sübut edə bilmədi" - Azərbaycanda təhlükəli biznes növü
››› Hicama terapiya hansı xəstəliklərin müalicəsində daha çox tövsiyə edilir?
››› Rusiyanın ən çox qorxduğu silah: "Baha başa gələr"
››› Rusiya Çinə görə müharibə ideyasını təxirə salıb
Son xəbərlər
Bütün xəbərlər »