Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
13 yaşlı bacısına mesaj yazanı öldürən gəncə hökm oxundu
17 yaşlı Mirismayıl 5 il müddətinə azadlıqdan məhrum edildi

Bakı Ağır Cinayətlər Məhkəməsində 13 yaşlı bacısına mesaj yazanı öldürməkdə təqsirləndirilən 17 yaşlı Mirismayıl Hüseynovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. Hakim Ramella Allahverdiyevanın sədrliyi ilə baş tutan iclasda hökm oxunub. Hakimlər kollegiyasınınəsasən M.Hüseynov 5 il müddətinə azadlıqdan məhrum edilib. Onun azyaşlı olması, mərhumun anasını onu bağışlaması yüngülləşdirici hal kimi nəzərə alınıb.

Qətl hadisəsi 2016-cı il dekabrın 14-də Bakının Nəsimi rayonunda "Memar Əcəmi" metrostansiyasının qarşısında baş verib. Mirismayıl Hüseynov bacısının telefonunda onun 21 yaşlı Ələkbər Muxtarovla yazışmasını görüb. O, daha sonra başqa profil açaraq bacısı ilə danışan şəxsə yazmağa başlayıb.

Ə.Muxtarov ona saxta profildən yazıldığını hiss edib və həmin şəxsi bloka atıb. Bundan sonra M.Hüseynov bacısının telefon nömrəsindən birbaşa Ələkbərin telefonuna zəng vurub və onunla görüşmək istədiyini deyib. Əsgərlikdən yeni gələn Ələkbər görüşə gəlməyə razılaşıb. Görüş zamanı tərəflər mübahisə edib və M.Hüseynov onu bıçaqlayaraq öldürüb.

Xatırladaq ki, məhkəmə prosesində mərhumun anası, hüquqi varisi Ülviyə Məcidova qətli törədən Mirismayılı bağışladığını demişdi.

Rəşad VAQİFOĞLU

Paylaş »
››› Sevgi ilə bağlı yuxu görməyin mənası nədir - Yuxuyozma
››› “Girişdə oturana on manat vermişəm, gözləyib gedəcəm” – Maşın bazarının son halı
››› “Gün keçdi”: Keçmişdən gələn qonaq, gələcəyə nöqtə qoyan görüş...
››› Bakı Nəqliyyat Agentliyi film çəkib: Ciddi təqdim olunan komediya...
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› Liderlərin görüşündə maraqlı söhbət
››› Rusiya “omicron”la bağlı iddialara cavab verdi
Son xəbərlər
Bütün xəbərlər »