Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
İnsanlar bu həbsxanaya düşmək üçün böyük vəsaitlər ödəyir

24 saat bağlı otaqda qalmağın qiyməti 90 dollardır

Cənubi Koreyanın Hongcheon şəhərində “İçimdəki həbsxana” adlı “cəzaçəkmə müəssisəsi” bütün dünyada böyük marağa səbəb olub. Bu həbsxananı dünyadakı digər həbsxanalardan fərqləndirən başlıca cəhət insanların sözügedən “cəzaçəkmə müəssisi”nə daxil olmaq üçün kifayət qədər böyük vəsaitlər ödəməsidir.

Belə ki, əsasən ağır ofis ortamlarında çalışan və tələbəlik həyatının stressindən əziyyət çəkən insanların bir çoxu müvəqqəti də olsa günlük həyatın ağırlıqlarından yaxa qurtarmaq, özlərini fərqli və daha rahat ortamda hiss etmək üçün bu həbsxanaya müraciət edir. 2013-cü ildən fəaliyyət göstərən həbsxanada bu günə qədər 2 min “məhkum”un çəza çəkdiyi bildirilir.

Kifayət qədər sərt qanunların hakim olduğu həbsxananın məhkumları mavi rəngdə paltar geyir, bir sıra qadağalara əməl etməli olurlar. Məhkumların bir-birləri ilə danışması, saat, mobil telefon işlətməsi qadağandır.

Həbsxanada cəza çəkməyin qiyməti kifayət qədər bahadır. Belə ki, sadəcə 24 gün qapalı şəraitdə, dəmir barmaqlıqlar arxasında qalmaq üçün 90 dollar tələb olunur. “Məhkumlar”ın sözlərinə görə, bu həbsxana onlara özlərini daha azad hiss etdirməkdə kömək edir. (Moderator.az)

Paylaş »
››› Sabiq deputatın mülklərinin siyahısı açıqlanıb - Başgicəlləndirən mənzərə
››› Müəllimin cəzalandırılması etirazla qarşılandı: "Düşünüb ki, elə sakit otursam, yaxşıdır"
››› 10 yaşlı Nərminin ölümü: "Meyiti götürən kimi atası yandırılan yeri qazıb, izlər itirilib"
››› Bakıda tikinti özbaşınalığı: Vətəndaşlardan pulu alıb binanı yarımçıq saxlayırlar
››› Onlayn, ya adəti üzrə nəzir qutuları… - Hansı daha güvənlidir?
››› Nikah pozulan zaman azyaşlı uşaqlar kiminlə qalmalıdır?
››› Türkiyənin ilk kəşfiyyat gəmisi dünya gündəmində
Son xəbərlər
Bütün xəbərlər »