Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Lotu Quli Türkiyədə azad edildi, adamı isə tutuldu

"Lotu Quli" ləqəbli qanuni oğru Nadir Səlifov bu gün azadlığa buraxılıb.

Lotu Qulinin yaxın ətrafına istinadla Missiya.az onun barədə İstanbulda araşdırmanın sona çatdığını yazıb. Araşdırmalar nəticəsində Qulinin Türkiyədə qalmasında heç bir qeyri-qanuni halın olmadığı müəyyən edilib. Ona görə də Nadir Səlifov bundan sonra da Türkiyə ərazisində yaşaya biləcək. Onun sərbəst buraxılması barədə qərar bir neçə saat əvvəl çıxarılıb.

Qeyd edək ki, Lotu Quli oktyabrın əvvəlində İstanbul Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşlarının keçirdikləri əməliyyat nəticəsində saxlanılmışdı. Onun Rusiyaya deportasiya ediləcəyi haqda xəbər yayılmışdı.

Lotu Qulinin yaxın adamı sayılan Rəşad Məmməd oğlu İsmayılov isə həbs olunub. A24.az “Rəşad Gəncinski” kimin tanınan kriminal avtoritetin Minskdə saxlanıldığını xəbər verib.

Rəşadın üzərindən odlu silah və narkotik vasitə götürülüb. (Axar.az)

Paylaş »
››› Bürclərin geyim zövqü: Kim necə geyinməyə üstünlük verir...
››› Emin Əmrullayevin Misir Mərdanovdan fərqi: Örtülü bazardan açıq bazara keçid
››› "Onlar bu addımı çarəsizlikdən atırlar" - Həyatımız necə zəhərə çevrilir
››› "Gözü ilə görmüş olsa da, sübut edə bilmədi" - Azərbaycanda təhlükəli biznes növü
››› Hicama terapiya hansı xəstəliklərin müalicəsində daha çox tövsiyə edilir?
››› Rusiyanın ən çox qorxduğu silah: "Baha başa gələr"
››› Rusiya Çinə görə müharibə ideyasını təxirə salıb
Son xəbərlər
Bütün xəbərlər »