Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"ABŞ İŞİD-dən bu məqsədlə istifadə edir"

ABŞ İŞİD-dən Suriyada Bəşər Əsəd rejimini devirmək üçün istifadə edir.

Bizimyol.info Axar.az-a istinadən xəbər verir ki, bu sözləri Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov deyib. O, ABŞ-ın Suriya ilə bağlı əsas məqsədlərindən danışıb:

“ABŞ Dövlət Katibliyi İŞİD-in məğlub edilməsi üçün əsas şərtin Suriyada iqtidar dəyişikliyi və bütün iranlı və İran tərəfdarı qüvvələrin ölkədən çıxarılması olduğunu açıqlayıb. Bu, İŞİD-in Suriya iqtidarı ilə mübarizədə az qala müttəfiq olduğuna dair uzaqgörənliyimi təsdiqləyir. Əsas hədəfləri iqtidarı dəyişdirməkdir”.

Lavrov İŞİD-in əsas məskəninin Fəratın şərq sahilində - ABŞ-ın nəzarətindəki bölgədə yerləşdiyini və burada Rukban sığınacağının olduğunu söyləyib.

Rukban düşərgəsində ABŞ tərəfindən toxunulmaz elan edilən minlərlə qaçqının olduğunu deyən Lavrov ABŞ-ın bu bölgədəki mövcudluğunu da qaçqınlar vasitəsilə qanuni göstərməyə çalışdığını vurğulayıb

Qeyd edək ki, Suriyanın Tanf bölgəsində ABŞ-a məxsus hərbi baza yerləşir.

Paylaş »
››› Rusiyada dollar satışını dayandırıblar
››› Rubl ağır günlərini yaşayır: Azərbaycana hansı təsirləri olacaq?
››› Almaniyada qalıb yaşamaq istəyənlər necə davranmalıdır
››› "Mən bu şeiri sənin harana yazım" - Bakı Nəqliyyat Agentliyi milli fəlakətə çevrilib
››› Dünya bazarında Azərbaycan nefti bahalaşır: Halımıza nə təsiri olacaq?
››› "Ölüm yolu": İnsanların həyatına qənim kəsilən yolda niyə tədbir görülmür...
››› Qardaş ölkədə “çörək imtahanı”
Son xəbərlər
Bütün xəbərlər »