Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Deputat bu ölkələri İrəvana təzyiq etməyə çağırdı - Fotolar

Millət vəkili Qənirə Paşayeva İsveçrə, Pakistan, Meksika, Yaponiya, Malayziyanın fəal qadınları və təşkilat rəhbərləri ilə görüş keçirib.

Görüşdə sözügedən ölkələrlə Azərbaycan arasında əməkdaşlıq və münasibətlərin inkişafı üçün böyük perspektivlərin olduğu vurğulanıb.

Q.Paşayeva görüşlər zamanı xarici fəal qadınlara Birinci vitse-prezidenti Mehriban Əliyeva başda olmaqla Azərbaycan qadınlarının cəmiyyətdə rolu barədə danışıb.

Millət vəkili Qarabağ həqiqətləri və 1 milyon azərbaycanlının, yüz minlərlə azərbaycanlı qadının Ermənistanın işğalı nəticəsində öz yurd-yuvalarından qaçqın və məcburi köçkün düşməsi ilə bağlı geniş məlumat verib.

Deputat beynəlxalq aləmdəki nüfuzlu qadınları Ermənistanın törətdiyi vandalizm aktlarına seyrci qalmamağa, işğalçıya etiraz səslərini ucaltmağa çağırıb. (Axar.az)

Paylaş »
››› Ailə qurarkən bədən qoxusunun önəmi: "Bu, sizə gülməli gələ bilər, amma reallıqdır"
››› Hansı bürc hansı şəkildə təriflənməyi daha çox sevər
››› Snopp Dogg Azərbaycan rejissorunun videosunu paylaşıb - Video
››› Sədərək Ticarət Mərkəzində qadınları necə aldadırlar...
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› Ermənistan Prezidenti Armen Sarkisyan istefa verib
››› Azərbaycanda neft yataqları köhnəlir: Hasilatın azalması hansı problemlərə yol aça bilər?
Son xəbərlər
Bütün xəbərlər »