Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Abutalıbovun bağlatdırdığı “26-lar” kafesi yenidən açıldı - Fotolar

Azərbaycan Yazıçılar Birliyinin qərərgahında yerləşən “26” - “Twenty six” kafesi başqa adda fəaliyyət göstərəcək.

Məsələ ilə bağlı Azərbaycan Yazıçılar Birliyinin (AYB) mətbuat katibi Xəyal Rza Unikal.org-a açıqlama verib.

Onun sözlərinə görə, rəhbərliyin yeni qərarına əsasən, sözügedən obyekt bundan sonra da restoran-kafe kimi fəaliyyət göstərəcək.

Restoran-kafenin adı isə “13 CLUB”dur.

Xatırladaq ki, ötən ilin sentyabr ayında Bakının Səbail rayonu ərazisində, “Sahil bağı” yaxınlığında, Xaqani küçəsində yerləşən Azərbaycan Yazıçılar Birliyinin nəzdində olan və icarəyə verilmiş “26” - “Twenty six” kafesi qalmaqallı şəkildə bağlanmışdı.

Obyektin bağlanmasına səbəb kimi “26 - Bakı komissarı”nın adını daşıması göstərilmişdi. Belə ki, Bakı Şəhərinin sabiq meri Hacıbala Abutalıbov, Səbail Rayon İcra Hakimiyyətinin sabiq başçısı Eldar Əzizov və polis əməkdaşlarının iştirakı ilə kafenin adı sökülmüş, icarəyə götürən şəxs isə həbs olunmuşdu. (Oxu.az)

Paylaş »
››› Bakıda qəribə olay: Vəkil qarşı tərəfi döyməkdə günahlandırılır
››› Boş verin heykəlləri-filan...
››› Doğuşlara qoyulan fantastik qiymətlər: Hansı günümüzə yaraşır?..
››› Sabiq biznesmen deputat Qarabağ qazisinə "pul atmaqda" ittiham olunur
››› Yas məclisi təşkil edən polis rəisinə yumruq vurub
››› Eldar Həsənova hökm oxunub
››› Hacı Zeynalabdin Tağıyev bu gün sağ olsaydı…
Son xəbərlər
Bütün xəbərlər »