Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Yazdığı məqalə ilə ABŞ-da birincilik qazanan 13 yaşlı qız evində ölü tapılıb - İlginc faktlar

Silah əlehinə yazılmış məqaləsi ilə ABŞ-da medal alan 13 yaşlı qız evində ölü tapılıb.

ABŞ-ın Milvaki əyalətində yaşayan 13 yaşlı Sandra Parks küçədən açılan atəş nəticəsində evində həyatını itirib.

Sandra Parks hələ 11 yaşında olarkən, silah əlehinə bir məqalə yazaraq qalib gəlib. Sandra məqaləsində: "xaos içərisində yaşayırıq. Yaşadığım yerdə hər gün xaosun nümünəsini görürəm. Azyaşlı uşaqlar insanların anlamsız "silah şiddəti"nin qurbanı olurlar"- deyə qeyd edib.

Ancaq azyaşlı dünən gecə küçədən evin içərisini açılan naməlum atəş nəticəsində öldürülüb.

Milvaki əyalətinin Bələdiyyə sədri: "Bu dəlilikdir".

Parksın anası Bernis Parks polisə uşaqları televizor izləyərkən, gedib yatdığını, lakin silah səsi eşidərək, yenidən geri qayıtdığını söyləyib. Qayıtdıqda qızı Sandranı yerdə qanlar içərisində gördüyünü açıqlayıb.

Yerli mediaya danışan Bernis Parks "mənə "ana məni vurdular, polisə zəng et"- dedi. Ona diqqətlə baxdım, ağlamırdı, qışqırmırdı. Dünyanı bu şəkildə tərk etməyə layiq deyildi"- dedi.

Milvaki Bələdiyyə sədri Tom Barret isə yaşanan acı hadisəni dəlilik olaraq adlandırıb. Barret öz sosial media hesabında bunları qeyd edib:

“Parksın ölümü evlərinə atəş açmağa qərar verən bir cani tərəfindən gerçəkləşib. Sandra Parks hələ 13 yaşındaykən "təşəkkür günü" həftəsi dünyaya gözlərini yumdu”.

Tom Barret cinayətkarın bir hesablaşma, qəzəb və ya qorxutma məqsədiylə bu cinayti törətmiş ola biləcəyini qeyd edib.

Yerli media yaşanan hadisədə iki şübhəlinin adının keçdiyini bildirir.

FTB isə Milvakinin ABŞda ən çox cinayət törədilən ölümcül bir əyalət olduğunu qeyd edib.

Sandra Parks məktəblər arası Martin Lüter King məqalə yarışmasında "Bizim gerçəyimiz" adlı silah və insanlar arasındakı müharibələr əlehinə yazılmış məqaləsi ilə birincilik qazanmışdı. (Musavat.com)

Paylaş »
››› Cavid Qurbanovun xətrinə qəbul edilən qanun: "Topaz" fəlakəti böyüyür...
››› "Uşaq məktəbdə reketlik edirsə, valideyni də öhdəsindən gələ bilmirsə, onda nə etməli..."
››› Mərkəzi Bankn valyuta məzənnələri
››› “Bir cənub şəhərində”: Sovet sisteminə qarşı çıxan Azərbaycan filmi...
››› Xarici vətəndaşlar Azərbaycanda daşınmaz əmlaka niyə pul xərcləmir?
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› Skandinaviya ölkəsi Rusiyanın mümkün hücumunu dəf etməyə hazırlaşır
Son xəbərlər
Bütün xəbərlər »