Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“Azərenerji” stansiyalarda təftiş işlərinə başlayıb - Fotolar

“Azərenerji” ASC-nin balans mənsubiyyətinə aid olan enerji təsərrüfatında, istehsal müəssisələrində və ötürmə infrastrukturunda “Ölkə enerjisistemində yaranmış kritik vəziyyətin aradan qaldırılması məqsədilə hazırlanmış reablitasiya üzrə Tədbirlər Planı”na uyğun olaraq təftiş aparılıb.

Bu barədə “Report”a qurumun ictimaiyyətlə əlaqələr və mətbuat xidmətinin rəisi Yəhya Babanlı deyib.

Y.Babanlının sözlərinə görə, elektrik stansiyalarına, elektrik verilişi xətlərinə, yarımstansiyalarına baxış keçirilib və texniki göstəriciləri yoxlanılıb. Aşkar edilən nöqsan və nasazlıqların aradan qaldırılması istiqamətində genişmiqyaslı işlərə start verilib:

“İlkin mərhələdə ölkə enerji sisteminin, eləcə də Cənubi Qafqazın ən böyük enerji müəssisəsi, qoyuluş gücü 2400 MVt olan “Azərbaycan” İES-in yenidən qurulması prosesinə start verilib. Əsas məsələlərdən biri burada ən müasir texnologiyalar tətbiq etməklə qoyuluş gücünün bərpa edilməsinə nail olmaqdır. Bundan başqa, “Şimal-1”, “Səngəçal” və “Cənub” elektrik stansiyalarında təxirəsalınmaz tədbirlər gerçəkləşdirilir ki, bu da stansiyaların faydalı iş əmsalının artırılaraq qoyuluş gücünə çatdırılması məqsədini daşıyır”.

Qurum sözçüsü deyib ki, həmçinin, modul elektrik stansiyaları üzrə təftiş aparılıb. “Bakı”, “Şahdağ”, “Astara”, “Şəki” və “Xaçmaz” elektrik stansiyalarının aqreqatlarının əsaslı təmiri və gücləndirilməsi üçün texniki işlər görülür.

“Gələcəkdə sistem təşkil edən bütün stansiyaların, yarımstaniyaların və xətlərin texniki göstəricilərinə uyğun vəziyyətə gətirilməsi üçün müvafiq tədbirlər görüləcək. Qeyd edək ki, mərhələli şəkildə gerçəkləşdirilməsi müəyyənləşdirilən tədbirlər ölkə enerjisisteminin stabil, təhlükəsiz və dayanıqlı iş rejimində fəaliyyət göstərməsi üçün həyati vacib əhəmiyyət kəsb edir”,- deyə Y.Babanlı əlavə edib.

Paylaş »
››› Pensiyasını almaq üçün cəsədi poçt şöbəsinə aparıblar
››› Rusiyada buzlu çaya girən qadın yoxa çıxdı - Video
››› NK karantin rejiminin dəyişməsi ilə bağlı qərarlar qəbul edib
››› Yanvarın 23-nə olan hava proqnozu
››› Yuxuda dəniz görmək nə vəd edir - Yuxuyozma
››› ABŞ-ın yeni hərbi yardımı Ukraynaya çatdırılıb
››› Sərnişin maska ​​taxmadığına görə, təyyarə yarı yoldan geri dönüb
Son xəbərlər
Bütün xəbərlər »