Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Saakaşvili: "15 il sonra Gürcüstanı qulyabanı zəbt edib"

15 il əvvəl gürcü xalqı əsl möcüzə törətdi. İnqilabın 15 illiyində Gürcüstana yenidən qulyabanı sahib olub.

Bunu Feysbuk vasitəsilə videomüraciətində Gürcüstanın eks-prezidenti Mixail Saakaşvili deyib.

“Hər kəs düşünürdü ki, Şevardnadze məbluğedilməzdir, bu sistem daimidir, bizim ölkənin uğur qazanması üçün heç bir perspektivi yoxdur. O zaman xalq bu ümidsizliyi keçərək, ölkəni azad etdi. Qızılgül inqilabı Gürcüstanı dünya xəritəsinə qaytardı. Gürcüstan dünyanın birinci islahatçısı oldu, inkişafı başladı və gürcülərin vətənə dönüşünə start verildi.

İndi inqilabın 15 illiyində biz böyük çağırışlarla üz-üzəyik. Gürcüstanı yenidən qulyabanı zəbt edib. Şevardnadzenin köhnə kadrlarının çoxu geri dönüb, köhnə sistem geri dönüb. Əminəm ki, bizim insanlar dünyaya öz ləyaqətlərini göstərəcəklər və həqiqətən hər kəsi təəccübləndirəcəklər” – deyə o bildirib. (Axar.az)

Paylaş »
››› Sabiq deputatın mülklərinin siyahısı açıqlanıb - Başgicəlləndirən mənzərə
››› Müəllimin cəzalandırılması etirazla qarşılandı: "Düşünüb ki, elə sakit otursam, yaxşıdır"
››› 10 yaşlı Nərminin ölümü: "Meyiti götürən kimi atası yandırılan yeri qazıb, izlər itirilib"
››› Bakıda tikinti özbaşınalığı: Vətəndaşlardan pulu alıb binanı yarımçıq saxlayırlar
››› Onlayn, ya adəti üzrə nəzir qutuları… - Hansı daha güvənlidir?
››› Nikah pozulan zaman azyaşlı uşaqlar kiminlə qalmalıdır?
››› Türkiyənin ilk kəşfiyyat gəmisi dünya gündəmində
Son xəbərlər
Bütün xəbərlər »