Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Gömrükdə külli miqdarda spirtli içki tutuldu

Avtomobildən xeyli miqdarda aksiz markası olmayan spirtli içkilər aşkarlanıb.

DGK-dan Bizimyol.info-ya bildirilib ki, Qərb Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Əməliyyatlar şöbəsinə "Mersedes Benz" markalı minik avtomobilində Azərbaycan Respublikasının aksiz markası ilə markalanmamış spirtli içkilərin olması barədə məlumat daxil olub.

Məlumat əsasında yaradılmış müvafiq əməliyyat qrupu həmin nəqliyyat vasitəsini nəzarətə götürüb. Belə ki, keçirilmiş tədbir nəticəsində Azərbaycan vətəndaşının idarə etdiyi avtomobil Şəmkir rayonunun Düyərli kəndi ərazisində saxlanılıb. Bundan sonra nəqliyyat vasitəsinə baxış keçirilməsi üçün Tovuz gömrük postunun inzibati binasının həyətinə aparılıb.

Baxış zamanı avtomobilin yük yerində və salonunda sellofan bağlamalarda üzərində "Kremlin" yazılan 83 ədəd, üzərində "Beluga" yazılan 6 ədəd 0,7 litrlik, üzərində "Almaz" yazılan 6 ədəd 0,7 litrlik və üzərində "Rosi" yazılan 37 ədəd 0,7 litrlik şüşə qablarda aksiz markası olmayan spirtli içkilər aşkarlanıb.

Paylaş »
››› "Cütlüklərə zəng edirlər ki, boşanın, sizi evlə təmin edək" - "Qaçqınkom"-da nə baş verir...
››› Zelenski xalqa müraciət edib: "...Qaçmağa başqa yerimiz yoxdur"
››› Qazaxıstan XİN Tokayevin "xəbərdarlıq etmədən güllələmək" əmrini açıqlayıb
››› 67 ildir yuyunmur, ölü heyvan əti ilə qidalanır, amma tam sağlamdır - Foto
››› "Rusiya sovet hökümətinin varisidirsə, bu hadisə ilə də üzləşməli idi"
››› 20 Yanvar və Çin...
››› Yanvarın 21-nə olan hava proqnozu
Son xəbərlər
Bütün xəbərlər »