Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Prokurorluq baş həkim barəsindəki hökmdən protest verdi
Protest Hüseyn Həsənovun cəzanının şərti hesab edilməsinə qarşıdır

Baş prokurorluq rüşvət almaqda təqsirli bilinərək şərti azadlıqdan mərhum edilən Bakı şəhər Baş Səhiyyə İdarəsinin Şəhər Narkoloji Dispanserinin sabiq baş həkimi Hüseyn Həsənov və dispanserdə tibb qeydiyyatçısı işləmiş Mətanət Şamçıyevanın barəsindəki hökmdən apellyasiya protesti verib. Bu barədə Bizimyol.info saytına Baş prokurorluğun mətbuat xidmətindən məlumat verilib.

Hüseyn Həsənovun 2017-ci ilin yanvar-fevral aylarında işlədiyi müəssisədə tibb qeydiyyatçısı işləyən Mətanət Şamçiyevanın vasitəsi ilə narkoloji xəstəliklə əlaqədar qeydiyyatda olub-olmamaları barədə arayışların verilməsi müqabilində ayrı-ayrı şəxslərdən müxtəlif məbləğlərdə olmaqla, ümumilikdə 3190 manat məbləğində pulu rüşvət kimi tələb edib.

Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat zamanı baş həkim rüşvət alarkən həbs edilib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin 24 iyul 2017-ci il tarixli hökmü ilə H.Həsənov Cinayət Məcəlləsinin 311-ci (rüşvət) alma) maddəsi ilə təqsirli bilinərək 2 il müddətə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 3 il 6 ay 29 gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilib. Lakin barəsində Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq edilməklə ona təyin olunmuş azadlıqdan məhrum etmə cəzası 2 il sınaq müddəti müəyyən edilməklə şərti hesab edilib. Həmin hökmdən dövlət ittihamçısı tərəfindən H.Həsənovun barəsində Cinayət Məcəlləsinin 70-ci maddəsinin tətbiqinə dair müddəaların xaric edilməsi barədə apellyasiya protesti verilib.

Rəşad VAQİFOĞLU

Paylaş »
››› Ulduz  falı: 04 dekabr, 2021-ci il – Vəziyyətə real baxmaq uğurun açarıdır
››› "Məcburi köçkünlər dünyada bənzəri olmayan ağıllı kəndlərə köçürüləcək"
››› Sinifə girən bəbir 10 yaşlı şagirdə hücum edib - Video
››› Azərbaycan Ordusunun hərbi qulluqçusu həlak olub
››› Bağçalar uşaqların sağlamlığını təhlükəyə atır
››› Bayram gəlmədən qiymətlər artır... və bir daha enməyəcək - Yeni ilə doğru
››› “Yeni il” yolkası bəzəmək neçəyə başa gəlir - Qiymətlər
Son xəbərlər
Bütün xəbərlər »