Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Ukraynanın müdafiəsinə 11 milyon ayrıldı: Rusiya təhlükəsi

Britaniya Ukraynanın xarici təcavüzdən müdafiəsinə 11 milyon funt sterlinq xərcləyəcək.

Bu məlumat Konfliktlərin Qarşısının Alınması Fondunun hesabatında yer alıb. Hesabatda bu məbləğin Ukrayna ordusunun şəxsi heyətinin hazırlığına xərclənəcəyi vurğulanıb.

Ukrayna ordusu üçün nəzərdə tutulan proqramın reallaşdırılması işiylə Britaniya Xarici İşlər Nazirliyi, Beynəlxalq İnkişaf Departamenti, Müdafiə Nazirliyi, Milli Kriminal Agentliyi və Britaniyanın Vergi və Gömrük Yığımları Dövlət İdarəsinin məşğul olacağı bildirilib. (Axar.az)

Son xəbərlər
Bütün xəbərlər »