Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
WhatsApp-dan daha bir yenilik
Dünyanın ən məşhur mesajlaşma şəbəkəsi "WhatsApp" daha bir yeniliyə imza atır.

Axşam.az xəbər verir ki, "WhatsApp" bu dəfə "təsdiqli profil" yenilənməsini test edir.

Belə ki, "Facebook", "Twitter" və "İnstagram"da olan təsdiqlənmiş profil özəlliyi artıq "WhatsApp"da da istifadə olunacaq.

Müəssisələrarası mesajlaşmalar üçün aktiv ediləcək yenilik hazırda "WhatsApp"ın beta testlərindən keçir. Sistem aktiv ediləndən sonra istifadəçilər əlaqə yaratmaq istədikləri müəssisələrin təsdiq edilmiş profillərinə yazacaq.

Son xəbərlər
Bütün xəbərlər »