Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Qəzza zolağında İsrail hərbçilərilə toqquşmalarda 100-dən çox fələstinli xəsarət aldı
Qəzza sektorunda İsrail hərbçiləri ilə toqquşmalarda xəsarət alan fələstinlilərin sayı 100 nəfəri ötüb.

"Report" bildirir ki, bu barədə Fələstinin Qırmızı Aypara Cəmiyyətinin mətbuat xidmətinin nümayəndəsi Erab əl-Fukah məlumat yayıb.

"İsrailin hərbi qulluqçuları ilə toqquşmalarda yaralananların sayı 101 nəfərdir", - deyə Erab əl-Fukah bildirib.

Onun sözlərinə görə, 14 döyüş gülləsindən, 7 nəfər rezin gülləsindən, 11 nəfər qaz bombası zərbəsindən, digərləri qazdan xəsarət alıblar.

Daha əvvəl 12 nəfərin yaralandığı bildirilirdi.

Son xəbərlər
Bütün xəbərlər »