Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Şəhid ailələrinə 11 min manat pul verilib
Prezident İlham Əliyevin fərmanı ilə ölkəmizin ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların vərəsələrinə 11 min manat birdəfəlik ödəmənin verilməsi prosesi uğurla davam edir.

Həmin ödəməni alanlardan biri şəhid Habil Əliyevin həyat yoldaşı Elnurə Böyükkişiyevadır.

O, bizimyol.info-ya bildirib ki, 1969-cu il təvəllüdlü Əliyev Habil Həsən oğlu 1992-ci ildə könüllü olaraq ərazi bütövlüyü uğrunda döyüşlərdə iştirak edib: “Leytenant rütbəli həyat yoldaşım 30 dekabr 1993-cü ildə şəhid olub. Ağdarə rayonunda şəhid olub. Tərtər istiqamətində gedən döyüşlərdə iştriak edib. Murovdağda hərbi xidmət edib”.

E.Böyükkişiyeva deyib ki, həyat yoldaşından ona Aqil adlı yadigar qalıb: “Bir il evil qaldıq. Müharibə getdiyi üçün həftələrlə evə gəlmirdi. 1993-cü ilin noyabr ayında oğlumuz Aqil dünyaya gəldi. O, övladını 2-3 dəfə gördü. Aqilə ali təhsil verdim, hazırda özəl şirkətdə çalışır. Bizə 11 min manat manat birdəfəlik ödəmə verildi. Şəhidin vərəsələri olaraq həmin məbləğ oğlumla mənə verildi”.

Şəhid Elşən İbadullayevin atası Müzəffər İbadullayev bizimyol.info-ya bildirib ki, şəhid olan hərbi qulluqçunun vərəsəsi olaraq ona da, 11 min manat birdəfəlik ödəmə verilib.

“18 yaşlı oğlum 1993-cü ildə hərbi xidmətə yollandı. 1994-cü ilin aprel ayında şəhid oldu. Tərtərdə xidmət edib və orada ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə həlak olub”,-deyə Müzəffər İbadullayev bildirib.

Ramid İbrahimov

Paylaş »
››› Bakıda qəribə olay: Vəkil qarşı tərəfi döyməkdə günahlandırılır
››› Doğuşlara qoyulan fantastik qiymətlər: Hansı günümüzə yaraşır?..
››› Boş verin heykəlləri-filan...
››› Sabiq biznesmen deputat Qarabağ qazisinə "pul atmaqda" ittiham olunur
››› Böyük Britaniya Rusiyanın qonşuluğuna ordu toplayır
››› Hacı Zeynalabdin Tağıyev bu gün sağ olsaydı…
››› Eldar Həsənova hökm oxunub
Son xəbərlər
Bütün xəbərlər »