Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Direktordan rüşvət almaqda təqsirli bilinən jurnalist bəraət istəyir
"Amerikapress.com" saytının rüşvət almaqda təqsirli bilinən rəhbəri Rauf Sultanov apellyasiya şikayəti verib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Rauf Sultanov 3 il müddətinə azadlıqdan məhrum edilib.

O, Bakı Apellyasiya Məhkəməsinə müraciət edərək, barəsində bəraət hökmünün çıxarılmasını tələb edib.

Şikayət hakim Elmar Rəhimovun icraatına verilib.

Rauf Sultanov Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin əməkdaşları keçirdiyi əməliyyat nəticəsində yaşadığı evdə rüşvət alarkən yaxalanıb. O, 187 saylı orta məktəbin direktoru Nailə Məmmədovadan rüşvət almaqda təqsirləndirilib.

Rauf Sultanov ittiham üzrə özünü təqsirli bilməyib. O məhkəmədə qeyd edib ki, ona məlumatları Bakı şəhəri Təhsil İdarəsinin əməkdaşı Zəminə Əliqızı verib. Məhkəmədə dindirilən Zəminə Əliqızı isə bunu inkar edib.

Məhkəmədə şahid qismində ifadə verən Nailə Məmmədova isə bildirib ki, Zəminə Əliqızı ondan 500 manat istəyib, vermədikdən sonra ona zəng edərək acıqlı danışıb. Bundan sonra isə ona jurnalistlər zəng edərək, məktəb barəsində məlumatlar olduğunu deyib: "Barəmdə internetdə xoşagəlməz yazılar dərc olundu. Sonra mənə zəng etdilər, amerkalı jurnalistlər olduqlarını dedilər. Məndən 5 min manat istədilər".

N.Məmmədova qeyd edib ki, sonradan bir neçə nəfərlə görüşüb, məbləğ 5 mindən 2 min manata qədər endirilib. Məcbur qalaraq korrupsiya idarəsinə müraciət etdim”.

Rauf Sultanov dələduzluqda təqsirləndirilərək əvvəllər məhkumluq həyatı yaşayıb. O, Cinayət Məcəlləsinin 178.2.4-cü (dələduzluq) maddəsi ilə təqsirli bilnib. O, azadlığa çıxandan sonra Amerkapress.com saytını yaradıb və həmin sayta rəhbərlik edib. Sayt rəhbəri olandan sonra onun barəsində hüquq-mühafizə orqanlarına şikayətlər daxil olub.

Rəşad VAQİFOĞLU

Paylaş »
››› Bürclərin geyim zövqü: Kim necə geyinməyə üstünlük verir...
››› Emin Əmrullayevin Misir Mərdanovdan fərqi: Örtülü bazardan açıq bazara keçid
››› "Onlar bu addımı çarəsizlikdən atırlar" - Həyatımız necə zəhərə çevrilir
››› "Gözü ilə görmüş olsa da, sübut edə bilmədi" - Azərbaycanda təhlükəli biznes növü
››› Hicama terapiya hansı xəstəliklərin müalicəsində daha çox tövsiyə edilir?
››› Rusiyanın ən çox qorxduğu silah: "Baha başa gələr"
››› Rusiya Çinə görə müharibə ideyasını təxirə salıb
Son xəbərlər
Bütün xəbərlər »