Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Gürcüstanda prezident seçkiləri ilə bağlı keçirilən rəy sorğusunun nəticələri açıqlanıb

Noyabrın 28-də Gürcüstanda keçiriləcək prezident seçkilərinin ikinci turu ilə bağlı “Gallup International” təşkilatının apardığı rəy sorğusunun nəticələri açıqlanıb.

Respondentlər “Əgər prezident seçkilərinin ikinci turu bu gün keçirilsəydi, kimə səs verərdiniz” sualına cavab veriblər.

Rəyi soruşulanların 52%-i Salome Zurabişvili, 48%-i isə Qriqol Vaşadzeni dəstəkləyəcəyini bildirib. Respondentlərin 37%-i qərar vermədiyini yaxud bilmədiyini, 9%-i isə səsvermədə iştirak etməyəcəyini deyib.

“Gallup International” təşkilatının sorğusu “İmedi” televiziya kanalının sifarişi əsasında keçirilib. Noyabrın 16-dan 18-dək aparılmış rəy sorğusunda səsvermə hüququna malik 2400 vətəndaş iştirak edib.

Qeyd edək ki, prezident seçkilərinin ikinci turunda mübarizə hakim Gürcü Arzusu Partiyasının dəstəklədiyi müstəqil namizəd Salome Zurabişvili və Vahid Milli Hərəkat Partiyasının namizədi Qriqol Vaşadze arasında gedəcək. Gürcüstanın yeni prezidenti sonuncu dəfə birbaşa səsvermə yolu ilə 6 il müddətinə seçiləcək. (Report.az)

Paylaş »
››› Sədərək Ticarət Mərkəzində qadınları necə aldadırlar...
››› “Trendyol” birbaşa Azərbaycana sifariş göndərəcək: Vasitəçilərin aqibəti necə olacaq?
››› Hansı bürc hansı şəkildə təriflənməyi daha çox sevər
››› Snopp Dogg Azərbaycan rejissorunun videosunu paylaşıb - Video
››› Putinin milyonçu etdiyi qohumu üzə çıxıb
››› Azərbaycanda neft yataqları köhnəlir: Hasilatın azalması hansı problemlərə yol aça bilər?
››› Direktorların ucbatından minlərlə şagird tam orta təhsil ala bilmir
Son xəbərlər
Bütün xəbərlər »