Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
İşdən çıxarılan məmur: "Küsüb gedənlərdən deyiləm"

Prezident İlham Əliyevin noyabrın 20-də vəzifəsindən azad etdiyi energetika nazirinin müavini Natiq Abbasov açıqlama verib.

Bizimyol.info Report-a istinadən xəbər verir ki, keçmiş nazir müavini dövlət başçısının onunla bağlı sərəncamına münasibət bildirib və vəzifəsindən öz istəyi ilə azad edildiyini deyib:

“Əsəblərimlə bağlı bir qədər narahatlığım var idi. Ona görə də işdən çıxmaq istədim. Müraciətimə müsbət yanaşdığına görə prezidentə təşəkkür edirəm. Hər zaman bu dövlətlə, bu siyasətlə həmrəyəm. Bundan sonra harada və necə çalışacağımı zaman göstərər. Bu dövlət məni yetişdirib, hara istəsə, ora da gedəcəyik”.

N.Abbasov nazir Pərviz Şahbazovla münasibətlərinin yaxşı olmaması ilə bağlı deyilənlərə də aydınlıq gətirib:

“Baxmayaraq ki, sərəncam bir neçə gündür verilib, amma indi işdəyəm, sənədlərimi yığıram. Yəni mən küsüb gedənlərdən, qovulanlardan deyiləm”.

Paylaş »
››› Bürclərin geyim zövqü: Kim necə geyinməyə üstünlük verir...
››› Emin Əmrullayevin Misir Mərdanovdan fərqi: Örtülü bazardan açıq bazara keçid
››› "Onlar bu addımı çarəsizlikdən atırlar" - Həyatımız necə zəhərə çevrilir
››› "Gözü ilə görmüş olsa da, sübut edə bilmədi" - Azərbaycanda təhlükəli biznes növü
››› Hicama terapiya hansı xəstəliklərin müalicəsində daha çox tövsiyə edilir?
››› Rusiyanın ən çox qorxduğu silah: "Baha başa gələr"
››› Rusiya Çinə görə müharibə ideyasını təxirə salıb
Son xəbərlər
Bütün xəbərlər »