Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Rüşvət verməkdə təqsirəndirilən direktor müavininin məhkəməsi başladı

Bakı Ağır Cinayətlər Məhkəməsində rüşvət vermədə təqsirləndirilən Samirə Əjdərzadənin cinayət işi üzrə məhkəmə iclası başlayıb.

Bizimyol.info xəbər verir ki, hakim Azad Məcidovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdiirlib, baxış iclası noyabrın 28-nə təyin edilib.

S.Əjdərzadənin barəsində Cinayət Məcəlləsinin (CM) 312.2-ci (vəzifəli şəxs tərəfindən bilə-bilə qanunsuz hərəkətlər (hərəkətsizlik) etməyə görə ona rüşvət vermə) maddəsi ilə ittiham irəli sürülüb.

Lakin barəsində polisin nəzarəti qətimkan tədbiri seçilib.

S.Əjdərzadə Xəzər rayonu, Binə qəsəbəsində yerləşən Elçin Şəmiyev adına 149 saylı tam orta məktəbdə təlim-tərbiyə işləri üzrə direktor müavini vəzifəsində çalışıb.

O, daha əvvəl dələduzluqda təqsirli bilinib və Binəqədi Rayon Məhkəməsi ona şərti cəza verib.

Rəşad VAQİFOĞLU

Paylaş »
››› Sədərək Ticarət Mərkəzində qadınları necə aldadırlar...
››› “Trendyol” birbaşa Azərbaycana sifariş göndərəcək: Vasitəçilərin aqibəti necə olacaq?
››› Hansı bürc hansı şəkildə təriflənməyi daha çox sevər
››› Snopp Dogg Azərbaycan rejissorunun videosunu paylaşıb - Video
››› Putinin milyonçu etdiyi qohumu üzə çıxıb
››› Azərbaycanda neft yataqları köhnəlir: Hasilatın azalması hansı problemlərə yol aça bilər?
››› Direktorların ucbatından minlərlə şagird tam orta təhsil ala bilmir
Son xəbərlər
Bütün xəbərlər »