Bakı Ağır Cinayətlər Məhkəməsində İranda dələduzluqda təqsirləndirilən Mohommadreza Ahmadi öz ölkəsinə ekstradisiya edilməsi ilə bağlı Azərbaycan Ədliyyə Nazirliyinin verdiyi təqdimat üzrə məhkəmə iclası başlayıb.
Bizimyol.info xəbər verir ki, hakim Azər Paşayevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.
Azərbaycan Ədliyyə Nazirliyinin əməkdaşı bildirib ki, İran vətəndaşının işi Nazirlikdə araşdırılıb, məhkəməyə göndərilib.
O qeyd edib ki, M.Ahmadinin öz ölkəsinə ekstadisiya olunması isə bağlı hər iki ölkə arasında bəzi sənədləşmələr yekunlaşmayıb.
Buna görə Nazirliyin nümayəndəsi məhkəmədən vaxt istəyib.
M.Ahmadi söyləyib ki, 25 ildir Azərbaycanda çalışır, ölkəsində isə tanışından borc alıb: "Bu borc isə yeni yaranıb. Mən çalışıb həmin borcu ödəyəcəm. Xahiş edirəm ki, bu iş düzgün araşdırılsın".
Proses noyabrın 29-dək təxirə salınıb.
Qeyd edək ki, İran vətəndaşı M.Ahmadi ölkəsində tanıdığı şəxsdən pul alaraq qaytarmayıb. Daha sonra həmin şəxs hüquq-mühafizə orqanlarına müraciət edib. M.Ahmadi barəsində axtarış qərarı çıxarılıb. O, bu il Azərbaycanda saxlanılıb.
Rəşad Vaqifoğlu