Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Gömrük Komitəsi ekspertin iddialarına cavab verdi - Video
Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz sosial şəbəkədə status paylaşaraq Balakən rayon “Mazımçay” gömrük postunda hüquqi sənədlərin icra edilmədiyini və gömrük işinin səmərəli təşkil edilmədiyini iddia edib.

“Dövlət Gömrük Komitəsi son dövrlərdə müəyyən islahatlar aparır. Elə həmin postdakı giriş-çıxış sənədləşmə yerlərinin də artıq ayrı olması bunun göstəricisi ola bilər. Amma görünən odur ki problemlərin əksəri qalmaqdadır. Hüquqi islahatlar da ləng getdiyindən postlarda təkrar yoxlamalar aradan qaldırılmır. Amma cavabsız qalan suallar var”,-deyə O.Gündüz bildirib.

O, iddia edib ki, burada piyadaların keçməsi üçün 800 metr uzunluğunda, dağa dırmaşan keçid düzəldiblər: ““Nə zaman Dövlət Gömrük Komitəsinin və Dövlət Sərhəd Xidmətinin zabitləri primitiv vaqondan çixaraq, milyonlarla vəsait xərclənərək burada inşa olunan modern infrastrukturdan istifadə edəcəklər? Buradan keçənlər indiyədək heç kimin görmədiyi gözləmə otağından istifadə edə bilmir. Postun giriş və çıxışında, qədim dövrlərdən qalan darvazaları hələ də ləğv olunmayıb. Buradakı “Duty Free” mağazasında nə zaman ayrı-seçkilik var”.

Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz iddiaları ilə bağlı Dövlət Gömrük Komitəsindən bizimyol.info-ya bildirib ki, Qərb Ərazi Baş Gömrük İdarəsinin Gürcüstanla sərhəddə yerləşən “Mazımçay” Gömrük postundan keçərkən “sərnişinlərin 800 metr məsafə qət edərək dağa dırmaşması” ifadəsi yanlışdır: “Belə ki, ərazinin mövcud mürəkkəb relyef quruluşuna uyğun olaraq sərnişinlər 800 deyil 20-25 dərəcəlik bucaq altında 450 metr məsafə qət edirlər.

“Nə zaman Dövlət Gömrük Komitəsinin və Dövlət Sərhəd Xidmətinin zabitləri primitiv vaqondan çixaraq, milyonlarla vəsait xərclənərək burada inşa olunan modern infrastrukturdan istifadə edəcəklər?” sualına gəlincə “Mazımçay” gömrük postunun müasir üslubda tikilən, gömrük əməkdaşlarının fəaliyyəti üçün bütün avadanlıqlarla təchiz edilən inzibati binası var. Yük nəqliyyat vasitələrinə gömrük nəzarətinin tətbiq edildiyi talvarların yaxınlığındakı tikililər isə vaqon deyil, müasir üslubda inşa olunan və lazımi avadanlıqlarla təchiz edilən binalardır. Üstəlik bu binalar sürücülərin postun inzibati binasına qədər məsafəni piyada qət etməsini aradan qaldırmaq, gömrük prosedurlarını sürətləndirmək və insanların rahatlığını təmin etmək məqsədilə inşa edilib”.

Komitədən o da bildirilib ki, postun gözləmə zalından sərhədi keçən bütün şəxslər istifadə edə bilər və bu sahədə hər hansı məhdudiyyət tətbiq olunmur: “Postun giriş və çıxışındakı “darvazalar” gömrük nəzarət zonasında olmadığı üçün onların gömrük orqanına aidiyyatı yoxdur. “Duty Free” mağazalarında hər hansı ayrıseçkilik tətbiq olunmur”.

Qeyd edək ki, noyabrın 17-də kütləvi informasiya vasitələrinin bir qrup nümayəndəsinin Azərbaycan Respublikasının Gürcüstanla dövlət sərhədində yerləşən Qərb Ərazi Baş Gömrük İdarəsinin “Mazımçay” gömrük postuna səfəri təşkil edilib.Məqsəd media nümayəndələrinə gömrük prosedurlarını, sərhədkeçmə prosesini, gömrük nəzarətini əyani şəkildə nümayiş etdirmək, bu proseslərin icrası zamanı şəffaflığın tam təmin edildiyi barədə bilgiləndirmək olub.

Səfərdə iştirak edən jurnalistlər gömrük postunda bütün proseslərin informasiya-kommunikasiya texnologiyalarının tam tətbiqi ilə minimum vaxt ərzində, asan və şəffaf şəkildə həyata keçirildiyin şahidi olublar.

Ramid İbrahimov

https://youtu.be/FZcaH0ASlPE

Paylaş »
››› "Cütlüklərə zəng edirlər ki, boşanın, sizi evlə təmin edək" - "Qaçqınkom"-da nə baş verir...
››› Zelenski xalqa müraciət edib: "...Qaçmağa başqa yerimiz yoxdur"
››› Qazaxıstan XİN Tokayevin "xəbərdarlıq etmədən güllələmək" əmrini açıqlayıb
››› 67 ildir yuyunmur, ölü heyvan əti ilə qidalanır, amma tam sağlamdır - Foto
››› "Rusiya sovet hökümətinin varisidirsə, bu hadisə ilə də üzləşməli idi"
››› 20 Yanvar və Çin...
››› Yanvarın 21-nə olan hava proqnozu
Son xəbərlər
Bütün xəbərlər »