Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Abel Məhərrəmovun səfir oğlu ilə bağlı rəsmi açıqlama

Xarici İşlər Nazirliyi (XİN) Bakı Dövlət Universitetinin (BDU) sabiq rektoru Abel Məhərrəmovun oğlu, Azərbaycanın İspaniyadakı səfiri Anar Məhərrəmovun geri çağırılması ilə bağlı mediada yayılan məlumatlara münasibət bildirib.

Bizimyol.info-un məlumatına görə, XİN-in mətbuat xidmətinin rəhbəri Leyla Abdullayeva Qafqazinfo-ya müsahibəsində bildirib ki, Azərbaycan Respublikasının Konstitusiyasının 109-cu maddəsinə əsasən, Azərbaycan Respublikasının xarici ölkələrdə və beynəlxalq təşkilatlarda diplomatik nümayəndələrini təyin edib geri çağırmaq Azərbaycan Respublikasının Prezidentinin səlahiyyətlərinə aiddir:

“Hal-hazırda Anar Məhərrəmovun geri çağırılması məsələsinə baxılmır”.

Azərbaycanın İspaniyadakı səfiri Anar Məhərrəmovun şəxsi biznesinin olub-olmaması barədə sualı cavablandıran XİN rəsmisi qeyd edib ki, bu məsələlər Azərbaycan Respublikasının Dövlət Qulluğu haqqında Qanunu və Korrupsiyaya qarşı Mübarizə Qanununda öz əksini tapıb.

Qeyd olunan hüquqi sənədlərə əsasən, dövlət qulluqçularına dövlət qulluğu ilə əlaqədar müəyyən fəaliyyət məhdudiyyətləri qoyulur və bu sırada dövlət orqanlarında əlavə ödənişli fəaliyyətlə məşğul olmamaq qeyd olunur.

“Səfir Anar Məhərrəmovun şəxsi bizneslə məşğul olub-olmadığına gəldikdə, bizdə bu barədə məlumat yoxdur və bununla bağlı suallar Səfir A.Məhərrəmova ünvanlana bilər”,- deyə o qeyd edib.

Leyla Abdullayeva İspaniyada keçirilən tədbirlə bağlı Bakıdan iki ton ağırlığında diplomatik yükün göndərilməsi məsələsinə aydınlıq gətirərək qeyd edib ki, XİN tərəfindən hər hansı diplomatik yükün daşınmasına icazə verilməyib.

Paylaş »
››› Pensiyasını almaq üçün cəsədi poçt şöbəsinə aparıblar
››› Rusiyada buzlu çaya girən qadın yoxa çıxdı - Video
››› NK karantin rejiminin dəyişməsi ilə bağlı qərarlar qəbul edib
››› Yanvarın 23-nə olan hava proqnozu
››› Yuxuda dəniz görmək nə vəd edir - Yuxuyozma
››› ABŞ-ın yeni hərbi yardımı Ukraynaya çatdırılıb
››› Sərnişin maska ​​taxmadığına görə, təyyarə yarı yoldan geri dönüb
Son xəbərlər
Bütün xəbərlər »