Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
İmişli “ASAN Həyat” kompleksinə mediatur təşkil olunub

Ötən gün “ASAN xidmət” mərkəzi media nümayəndələri ilə birlikdə İmişli rayonuna səfər edib.

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin İctimaiyyətlə Əlaqələr Şöbəsinin müdiri Elnur Niftəliyev kompleksin açılışı haqqında media nümayəndələrini məlumatlandırıb:

“İmişli “ASAN Həyat” kompleksinin tikintisinə 2017-ci ilin mart ayında başlanıldı və 2018-ci il ilin oktyabr ayında isə tikintisi başa çatdı. 22 oktyabr 2018-ci il tarixində İmişli “ASAN Həyat” kompleksinin açılışında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iştirak etdi.İmişli “ASAN xidmət” mərkəzi İmişli, Saatlı,bBiləsuvar, Beyləqan, Zərdab və Füzuli rayonlarında qeydiyyatda olan 624 mindən çox vətəndaşa xidmət göstərəcək”.

Elnur Niftəliyev media nümayəndələrini mərkəzin xidmət sahələri ilə tanış edib: “Hazırda 15 “ASAN xidmət” mərkəzi mövcuddur. 14-cü mərkəzimiz İmişlidə oldu. Mərkəzimizdə "ASAN Kommunal", “ASAN Peşə” məktəbi, “ABAD" ofisi, "ABAD Food Hall",teatr, kafelər, "ASAN Peşə" və.s xidmət sahələri yaradılıb. 15 “ASAN xidmət” mərkəzindən 5-i paytaxt Bakıda, digər 10-u isə regional mərkəzlər olmaqla Sumqayıt, Gəncə, Sabirabad, Bərdə, Qəbələ, Quba, Masallı, Mingəçevir, İmişli və Şəkidə yerləşir. Digər mərkəzlərdə olduğu kimi burda da vətəndaşlarımıza 11 dövlət orqanının, həmçinin özəl şirkət və müəssisələr tərəfindən ümumilikdə 320 -dən çox xidmət göstəriləcək”.

Niftəliyev jurnastlərə açıqlamasında mərkəzdə minimum 200 əməkdaşın işləməsi nəzərdə tutulduğunu vurğulayıb

: ”Təxminən 50- yə yaxın könüllülərimiz fəaliyyət göstərir. Rəy sorğularının alınmasında, vətəndaş axınının yönləndirilməsində işirak edirlər. Eyni zamanda “ASAN Peşə" də fəaliyyət göstərir. Bu xidmətdən pulsuz şəkildə vətəndaşlar istifadə edə biləcək. "ASAN Həyat Konsepsiyası" bu mərkəzdə təşkil olunub, yəni vətəndaşlar burada təkcə operativ, gülərüz xidmətlərlə yanaşı, bu mərkəzin istirahət, əyləncə imkanlarından da yararlana biləcəklər. Bu imkanlar region sakinlərinin rahat şəkildə istifadə edə bilməsi üçün nəzərdə tutulub".

Dövlət Agentliyinin şöbə müdiri Elnur Niftəliyev mərkəzin iş prinsipləri ilə bağlı məlumatında deyib ki, vətəndaşlar əvvəlcə ilkin məlumatları alıb, müvafiq pəncərələrə yönəlirlər: ” Burda Elektron Şıkayət Köşkümüz var. Bunun da mahiyyəti odur ki, vətəndaşlarımız xidmət alarkən onların təklif və şikayətləri ola bilər.Yaxınlaşaraq, bu köşkə öz müraciətini edə bilər. Peşə təhsili ilə bağlı isə təhsillərini davam etdirmək istəyən vətəndaşlar onlayn və ya birbaşa müraciət edərək qeydiyyata düşüb, dərzilik və digər peşələr üzrə üzrə təhsil ala bilərlər. Peşə təhsili burda adi peşə məktəblərində olduğu kimi olacaq. Təhsil Nazirliyinin tabeçiliyindədir və ödənişsizdir. Rayonda peşə məktəbi fəaliyyət göstərir. Sadəcə onu daha təkmilləşdirilmiş formada mərkəzdə keçirilir. İlk xidmət günümüz olduğuna görə hələki müraciətlər olmayıb .Aqrar -sənaye otağımıza gəldikdə isə lazım olan bütün avadanlıqlar və kompyuterlər quraşdırılıb. Hansı ki, aqrar sahədə mütəxəssislərin cəlb olunmasi ilə gənclərimiz peşə təhsilinə yiyələnəcəklər”.

Elnur Niftəliyev "ASAN Könüllülər"-in konsepsiyanın ən vacib komponentlərindən biri olduğunu deyib: “Könüllülərimiz mərkəzdə vətəndaşlara köməklik göstərirlər. Qürur hissilə deyə bilərik ki, 17 minə yaxın "ASAN Könüllü" var. Könüllü olduqdan sonra onlar "ASAN Kadr" portalında qeydiyyatdan keçir və öz CV-lərini yerləşdirirlər. Həmin portalda 1000-dən artıq dövlət qurumu qeydiyyatdan keçib və onlar da buradan işçi axtarırlar. Portalın məqsədi "ASAN Könüllülər"lə işçi axtaranları cəm etməkdir. Hazırda isə 1000-ə yaxın Könüllü artıq bu portal vasitəsilə işlə təmin olunub”.

Mərkəzin mütəxəssisi Məlumat Köşkü üzrə baş mütəxəssis Rəna Məmmədzadə ilk iş günü olmasına baxmayaraq, müraciətlərin çox olduğunu söyləyib: “Daşınmaz əmlak, Notarius, Şəxsiyyət Vəsiqəsi ilə bağlı daha çox müraciətlər olunub. Hər yaş qrupunda müraciət edən vətəndaşlarımız bizim xidmətlərimizdən şəffaf, operativ, asan şəkildə yararlanırlar”.

Media nümayəndələri daha sonra kompleksin daxilində fəaliyyət göstərən Gənc İstedadlar Teatrı ilə tanış olublar. Teatrın ilk işi Cumhuriyyətimizin 100 illiyinə həsr olunanan “Kölgə” tamaşası olub . ASAN könüllüləri tərəfindən hazırlana bu tamaşanın nümayişində ölkə başçısı İlham Əliyev də iştirak edib. Həmçinin, film nümayişləri də həyata keçiriləcək.

Mərkəzdə həmçinin , uşaqların sosial və psixoloji inkişafına dətsək məqsədi ilə sosial inkişaf mərkəzi də yaradılıb. Niftəliyevin sözlərinə görə mərkəz bütün "ASAN xidmət" mərkəzlərində mövcuddur. İlkin diqanostika pulsuzdur. ödənişsizdir. Valideynlər mərkəzə yaxınlaşıb, məlumat ala bilərlər. Burda mərkəzin psixoloqları da var.

Tur zamanı “Notariat” bölməsində bütün mərkəzlərdə ən çox müraciət olunan bölmələrdən biri olduğu qeyd olunub: “ İlk gün olsa da, kifayət qədər vətəndaş bu bölməyə müraciət edib.

"ASAN xİdmət"in Vəkillər Kollegiyası ilə əməkdaşlıq memorandumu imzaladığını diqqətə çatdırılıb. Memomarduma əsasən, ilk “Asan vəkil” bürosu məhz İmişlidə fəaliyyət göstərəcək və ilkin hüquqi xidmətlər ödənişsiz olacaq”.

Mərkəzdə media nümayəndələri İmişlı sakinləri ilə də görüşüblər. Xidmətlərdən istifadə edən xeyli sayda İmişli sakinləri öz təəssüratlarını jurnalistlərə bildiriblər.

İmişli sakini Sərraf Mahmudov deyib ki, xarici pasportdan ötrü gəlmişəm. Xidmətdən çox razı qaldım. Az müddət ərzində pasportla bağlı işlərim həll edildi. Biz indiyə qədər xidmət üçün Sabirabada müraçiət edirdik. Yol üzaq idi, xərcimiz çox çıxırdı. Hal- hazırda öz rayonumuzda yaradılan xidmətdən yararlandıq. Xarici pasport almaq üçün Sabirabada gedəcəkdim, bura gəldim.10 gün müddətinə də sənədi götürəcəm. Özüm kənddə yaşayıram. Bu xidməti yaradanlara və prezidentimizə təşəkkür edirəm.

Cəbrayıl rayon sakini Əbdürəhman Mustafazadə mərkəzin burda açılmasının çox sevindirici hal olduğunu deyib: “Camaatın işin rahatlaşdırdı. Bundan əvvəl gah Sabirabada gedirdik, gah da səyyar xidmətdən istifadə edirdik. Çətin idi . Səyyar avtobus gözləyirdik . Sabirabad rayonuna da yolumuz uzaqdı .Burda yerləşməsi yaxşıdı ki , uşaqla da gəlib- gedə biləcəyik. Mən övladıma xarici pasport götürmyə gəlmişəm. Səyyar “ASAN xidmət”-ə sifariş edmişdim. Çox gözəl qarşılandıq. Vaxtımızı çox almadılar. Bu gözəl şəraitə görə minnətdarıq. İlk baxışdan da mərkəz insanın zövqünü oxşayır. Hər çür şərait yaradılıb”.

Jurnalistlər mediatur zamanı mərkəzin “ABAD ofisi” və “ABAD Food Hall”-la da yaxından tanış olublar.

Qeyd edək ki, İmişli “ASAN Həyat” kompleksinin yerləşdiyi ərazidə vətəndaşların istirahəti üçün “ Asan Park “, avtomobil və velosiped dayanacağı , 1.5 hektar ərazidə park, diskoteka, uşaq meydançası, fontan və oturacaqlar, paintball sahəsi yaradılıb.

Gülnarə ƏMİRQIZI

Paylaş »
››› Bürclərin geyim zövqü: Kim necə geyinməyə üstünlük verir...
››› "Onlar bu addımı çarəsizlikdən atırlar" - Həyatımız necə zəhərə çevrilir
››› "Gözü ilə görmüş olsa da, sübut edə bilmədi" - Azərbaycanda təhlükəli biznes növü
››› Hicama terapiya hansı xəstəliklərin müalicəsində daha çox tövsiyə edilir?
››› Rusiyanın ən çox qorxduğu silah: "Baha başa gələr"
››› Rusiya Çinə görə müharibə ideyasını təxirə salıb
››› Nazirlik telefonlara qarşı savaş açır: Tədrisə qayğı, yoxsa "güzgünü sındırmaq"
Son xəbərlər
Bütün xəbərlər »