Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Azərbaycanda bank qalmaqalı: Müflisləşmiş bankın kreditorları bir araya gəldi

Dünən müflisləşmiş ən iri bankın – “Bank Standard”ın Kreditorlar Komitəsinin növbəti iclası keçirilib. İclasda bankın ləğvedicisi olan Əmanətlərin Sığortalanması Fondunun fəaliyyəti kəskin tənqid olunuи, işinin kreditorların, o cümlədən əmanətçilərin maraqlarına zidd olduğu vurğulanıb.

Bizimyol.info xəbər verir ki, bu barədə Bankın Kreditorlar Komitəsinin sədri, hüquqşünas Əkrəm Həsənov məlumat verib.

O deyib ki, Fondun qeyri-qənaətbəxş fəaliyyəti barədə ölkə rəhbərliyinə şikayətin göndərilməsi barədə qərar qəbul edilib.

“Bankın ləğv prosesini plansız və özbaşına aparıb, ləğv planını məhkəməyə qanunla nəzərdə tutulmuş müddətdə təqdim etməyib, məhkəməyə və kreditorlara hörmətsizlik edilib.

Təqdim edilən ləğv planında çoxsaylı texniki, hüquqi və iqtisadi səhvlərin, habelə açıq-aşkar pozuntular var.

Bankın daşınmaz əmlakının hərraca çıxarılaraq satılmasının ləngidilir, həmin əmlakların saxlanılması üçün yersiz xərclərin çəkilir.

İri borc alanlara qarşı məhkəmə işlərinin aparılıb, aparılan məhkəmə işlərinin siyahısının gizlədilməsi, bəzi borcların özbaşına silinib.

Artıq xərclərə yol verilib və həmin xərclər üzrə hesabat verilməyib.

Ləğv prosesinin əvvəllər bəyan edildiyi kimi 2019-cu deyil, 2021-ci ilin sonunda bitirilməsinin planlaşdırılıb”,- deyə hüquqşünas Ə.Həsənov bildirib.

Ramid İbrahimov

Paylaş »
››› “Putin gözlənilməyən yerə hücum edəcək” - Siyahıda hansı ölkələr var?
››› Baş Prokurorluq "Ştutqart"-ın sahibi olan keçmiş deputatla bağlı cinayət işi açıb
››› Dolların bahalaşması təxirə düşdü: Dünyada baş verənlər manatı möhkəmləndirir...
››› Ət niyə bahalaşdı və ya "pulu kreditə ödəyək, yoxsa cəriməyə"...
››› Nazarbayev son çıxışında nələrə eyham vurdu: “Ola bilər, təhlükəsizlik zəmanəti alıb”
››› Dünyanın ən bahalı evi hərraca çıxarılıb - Foto
››› Prezident İradə Gülməmmədovanı vəzifəsindən azad edib
Son xəbərlər
Bütün xəbərlər »