Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Avropanı qorumaq üçün onmilyardlar xərcləyirik"

Avropa ordusu ideyası bizim üçün çox həssas mövzudur.

Bunu jurnalistlərə açıqlamasında ABŞ-ın AB-dəki Daimi Nümayəndəliyinin rəhbəri Qordon Sandland deyib.

“Biz ABŞ seçicilərini hər il ABŞ-ın öz problemlərinin olmasına rəğmən niyə Avropanı Rusiya və digər dost ölkələrdən qorumaq üçün onmilyardlarla dollar ayırmağımız gərəkdiyinə inandırmağa çalışırıq. Halbuki bu pullar ABŞ-ın öz daxili ehtiyacları üçün də xərclənə bilərdi. AB-nin bu təhdidlərin öhdəsindən öz ordusuyla gələ biləcəyinə qərar verməsi vəziyyəti çətinləşdirir.

Avropada iki fərqli mövqe var. Bəziləri problemləri kiçik toqquşmalarla həll etməyə, digərləri isə kəşfiyyat və tam formalaşmış silahlı qüvvələr yaratmaqla həll etmək istəyirlər.

Vaşinqton NATO-nu maliyyələşdirir. Əgər AB muxtariyyət və özünümüdafiə imkanları istəyirsə, o zaman bunu NATO-nun icazəsiylə etməlidir. AB ordusunun NATO-nu əvəz edəcəyinə yox, onu tamamlayacağına inanırıq”, – deyə o bildirib. (Axar.az)

Paylaş »
››› Pensiyasını almaq üçün cəsədi poçt şöbəsinə aparıblar
››› Rusiyada buzlu çaya girən qadın yoxa çıxdı - Video
››› NK karantin rejiminin dəyişməsi ilə bağlı qərarlar qəbul edib
››› Yanvarın 23-nə olan hava proqnozu
››› Yuxuda dəniz görmək nə vəd edir - Yuxuyozma
››› ABŞ-ın yeni hərbi yardımı Ukraynaya çatdırılıb
››› Sərnişin maska ​​taxmadığına görə, təyyarə yarı yoldan geri dönüb
Son xəbərlər
Bütün xəbərlər »