Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Moskvada azərbaycanlı biznesmen güllələndi

Moskvaətrafında Vidnoe şəhərində azərbaycanlı biznesmen Toğrul Tağıyev güllələnərək qətlə yetirilib.

Hadisə iş adamının analiz vermək üçün getdiyi tibb mərkəzinin yaxınlığında törədilib. Naməlum şəxs Tağıyevin “Range Rover” markalı avtomobilinə 7 güllə atıb. Onlardan 2-si iş adamına dəyib.

“36 yaşlı T.Tağıyev güllə yarası ilə şəhər xəstəxanasına çatdırılsa da, həyatını xilas etmək mümkün olmayıb”, deyə Moskva əyaləti üzrə istintaq idarəsinin baş köməkçisi Olqa Vradiy bildirib.

Baş vermiş qətllə əlaqədar “Öldürmə” və “Qanunsuz silah daşıma” maddələri üzrə cinayət işi açılıb. Polis cinayətkarın axtarışına başlayıb. Hadisə yerindən 9 mm kalibrli 4 giliz, 1 güllə tapılıb. Lazımi bütün tibbi, genetik və ballistik ekspertizalar aparılacaq.

Toğrul Tağıyev uzun müddətdir, Moskvaətrafında yerləşib və “Food City” topdan-pərakəndə satış bazarında obyektlərə sahibdir. Tağıyevi daha əvvəl də öldürməyə cəhd ediblər. Bu barədə biznesmenin dayısı oğlu Seymur Məmmədov bildirib:

“4 ay əvvəl onun maşınına atəş açmışdılar. Toğrul polisə müraciət etdi, ancaq heç kəsi tapa bilmədilər. Toğrulu daha sonra açıq-aşkar kimsə hədələmirdi. Onun düşmənləri olmayıb. Düzdür, bazarda obyektləri olub. Həyat yoldaşı və iki azyaşlı uşağı var. Onu şəxsi evinin həyətində - klinikanın yerləşdiyi birinci mərtəbədə güllələyiblər. Güllələrdən biri ayağından, digəri başından dəyib. Xəstəxanaya çatmamış ölüb”. (Qafqazinfo.az)

Paylaş »
››› Bakıda qəribə olay: Vəkil qarşı tərəfi döyməkdə günahlandırılır
››› Doğuşlara qoyulan fantastik qiymətlər: Hansı günümüzə yaraşır?..
››› Boş verin heykəlləri-filan...
››› Sabiq biznesmen deputat Qarabağ qazisinə "pul atmaqda" ittiham olunur
››› Hacı Zeynalabdin Tağıyev bu gün sağ olsaydı…
››› Böyük Britaniya Rusiyanın qonşuluğuna ordu toplayır
››› Eldar Həsənova hökm oxunub
Son xəbərlər
Bütün xəbərlər »