Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
İlham Əliyev: Qarşıya qoyulmuş hədəflərə nail olacağıq
Mən, ilk növbədə, qardaş Türkmənistana səfərə dəvətə görə Sizə təşəkkür etmək istərdim. Dünən Sizin torpağa qədəm qoyduğum andan özümü öz evimizdəki kimi hiss edirəm. Bu, qardaş türkmən xalqının qonaqpərvərliyi, şəxsən Sizin qonaqpərvərliyiniz sayəsindədir.

Azərbaycanda Sizi ölkəmizin böyük dostu kimi tanıyırlar. Siz ölkələrimiz arasında qardaşlıq münasibətlərinin möhkəmlənməsi üçün çox iş görürsünüz. Fürsətdən istifadə edib Sizi və Türkmənistanın bütün qardaş xalqını inkişafda qazandığınız böyük nailiyyətlərə, Türkmənistanın beynəlxalq aləmdə rolunun möhkəmlənməsinə, milli-mənəvi dəyərlərə çox diqqət yetirməyinizə və xalqınızın ənənələrini qoruyub saxlamağınıza və bunları yeni nəsillərə ötürməyinizə görə təbrik etmək istərdim.

Oxu.Az xəbər verir ki, bunu Türkmənistanda rəsmi səfərdə olan prezident İlham Əliyev həmkarı Qurbanqulu Berdiməhəmmədovla təkbətək görüşü zamanı deyib.

“Siz qeyd etdiyiniz kimi, bizim ortaq köklərimiz var və bu, bizi birləşdirir. Biz ənənələrimiz, tariximiz, ortaq mədəniyyətimiz, dünyagörüşümüz əsasında daha da yaxınlaşmaq istəyirik. Buna görə düşünürəm ki, mənim səfərim bizim qardaşlıq münasibətlərimizin möhkəmlənməsi işinə xidmət edəcək”, - prezident qeyd edib.

“Mən Sizinlə razıyam ki, ölkələrimiz regional əməkdaşlıq, regionda təhlükəsizliyin möhkəmlənməsi məsələlərində də mühüm rol oynayır. Sabitliyin, inkişafın yüksək səviyyəsi bizim ölkələri fərqləndirir. Siz çox düzgün qeyd etdiniz ki, ölkələrimiz BMT-nin Davamlı İnkişaf Məqsədləri çərçivəsində dəyişiklikləri fəal həyata keçirirlər. Biz əksər göstəricilər üzrə nəzərdə tutulanları nəinki yerinə yetirmişik, hətta artıqlaması ilə yerinə yetirmişik. Türkmənistana gələn, Sizin ölkənizin necə inkişaf etdiyini, vətəndaşlar üçün necə şərait yaradıldığını, iqtisadiyyatın, sənaye potensialının necə artdığını görən hər kəs bunu yəqin edir”, - dövlət başçısı əlavə edib.

Prezident bildirib ki, Azərbaycan Türkmənistanın uğurlarına sevinir:

“Biz əminik ki, qardaş Türkmənistan xalqı Sizin müdrik rəhbərliyinizlə bundan sonra da tərəqqi yolu ilə irəliləyəcək. Əlbəttə, belə yaxşı imkanlardan istifadə etməklə əməkdaşlığı möhkəmlətmək lazımdır.

Biz məhz bununla məşğuluq və əminəm ki, səfər bu istiqamətdə çox səmərəli olacaq. İqtisadi sahədə qarşılıqlı fəaliyyət, nəqliyyat sahəsində əməkdaşlıq, sənaye kooperasiyası – müzakirə üçün mövzu çoxdur. Əminəm ki, biz qarşıya qoyulmuş hədəflərə nail olacağıq. Səmimi qəbula və qonaqpərvərliyə görə Sizə bir daha təşəkkür edirəm”.

Paylaş »
››› “Putin gözlənilməyən yerə hücum edəcək” - Siyahıda hansı ölkələr var?
››› Baş Prokurorluq "Ştutqart"-ın sahibi olan keçmiş deputatla bağlı cinayət işi açıb
››› Dolların bahalaşması təxirə düşdü: Dünyada baş verənlər manatı möhkəmləndirir...
››› Ət niyə bahalaşdı və ya "pulu kreditə ödəyək, yoxsa cəriməyə"...
››› Nazarbayev son çıxışında nələrə eyham vurdu: “Ola bilər, təhlükəsizlik zəmanəti alıb”
››› Dünyanın ən bahalı evi hərraca çıxarılıb - Foto
››› Prezident İradə Gülməmmədovanı vəzifəsindən azad edib
Son xəbərlər
Bütün xəbərlər »