Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“Onun qulağını heç kim tapa bilmirdi”
Prokuror tanışının qulağını kəsməkdə itiham edilən şəxsə 7 il 6 ay həbs cəzası istədi

Bakı Ağır Cinayətlər Məhkəməsində tanışının qulağını kəsməkdə təqsirləndirilən İbrahim İbrahimlinin cinayət işi üzrə məhkəmə prosesi davam edib.

Bizimyol.info xəbər verir ki, hakim Mahmud Ağalarovun sədrliyi ilə keçirilən prosesdə prokuror çıxış edərək onun 7 il 6 ay müddətinə azadlıqdan məhrum edilməsini tələb edib.

Daha sonra onu vəkil çıxış edərək, müdafiə ediyi şəxsə daha yüngül cəza verilməsini istəyib.

Hadisə10 iyun 2018-ci ildə Badamdar qəsəbəsində yerləşən kafelərin birində baş veribb. İttihama görə, spirtli içki qəbul edən İ. İbrahimli əvvəlcədən tanıdığı Şahin Əliyevlə aralarında yaranan münaqişə zəmində stolun üstündəki şüşə butulkanı zərərçəkmişə atıb. Butulka Ş.Əliyevin başına dəyib. Sonra butulkanın sınığı ilə zərərçəkmişin qulağını kəsib. Hadisəni törədən İ. İbrahimli həbs edilib.

Məhkəmədə ifadə verən İ. İbrahimli özünü qismən təqsirli bilərək ifadəsində qeyd edib ki, hadisə söyüş üstündə baş verib: "Biz hər axşam həyətimizdə oturub domino oynayırdıq. Hadisə günü də belə oldu. Oyundan sonra mən Şərafəddin adlı şəxslə oturub söhbət etmək qərarına gəldik. Şərafəddin evdən araq gətirdi, onu içdik. Bir müddət keçəndən sonra Şahin adlı şəxs gəldi, stolun üstünə bir araq da o qoydu. Söhbət əsnasında Şahin bir-iki dəfə ağzından söyüş çıxartdı. Mən də ona təklif etdim ki, ətrafda adamlar var, söyüş söyməsin. O isə mənə qayıtdı ki, sənə nə var, istədiyim kimi danışa bilərəm. Sonra məni də söydü, yumruq atdı. Arağın butulkasını götürüb, məni vurmaq istədi. Bu vaxt araq butulkası bizi ayırmaq istəyən Şərafəddinə dəydi. Sonra biz Şahinlə əlbəyaxa olduq və mən hadisə yerindən uzaqlaşdım. Evə gələndə gördüm ki, üstüm qandı. Həmin gecəni yatdım, gecə yarısı qardaşım məni oyatdı ki, polis gəlib. Çölə çıxdım, gördüm Şahinin başı sarğı ilə sarılıb, yanında da polislər var”.

İ. İbrahimli deyib ki, zərərçəkmişin qulağını kəsməyib: “Bəlkə o, qulağını özü dartıb, qoparıb, mənə şər atır. Mən onu butulka ilə vurmamışam. Onun qulağını heç kim tapa bilmirdi, özü məndən sonra dalaşıb, bəlkə qulağını kəsiblər”.

Rəşad VAQİFOĞLU

Paylaş »
››› Sədərək Ticarət Mərkəzində qadınları necə aldadırlar...
››› “Trendyol” birbaşa Azərbaycana sifariş göndərəcək: Vasitəçilərin aqibəti necə olacaq?
››› Hansı bürc hansı şəkildə təriflənməyi daha çox sevər
››› Snopp Dogg Azərbaycan rejissorunun videosunu paylaşıb - Video
››› Putinin milyonçu etdiyi qohumu üzə çıxıb
››› Azərbaycanda neft yataqları köhnəlir: Hasilatın azalması hansı problemlərə yol aça bilər?
››› Direktorların ucbatından minlərlə şagird tam orta təhsil ala bilmir
Son xəbərlər
Bütün xəbərlər »