Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
İcra başçısı məcburi köçkünlərlə görüşdü - Fotolar
Ağdam Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənov Zaqatala rayonu ərazisində yerləşən məcburi köçkünlərin məskunlaşdığı qəsəbədə yaşayan Ağdamlı məcburi köçkünlərlə növbəti səyyar qəbul-görüş keçirib.

Bizimyol.info xəbər verir ki, noyabrın 21-də Əhalinin problemlərinin yerində öyrənilməsi və həll edilməsi məqsədilə Ağdam rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənov Zaqatala rayonu ərazisində yerləşən məcburi köçkünlərin məskunlaşdığı qəsəbədə səyyar qəbul-görüş keçirib.

Zaqatala rayon İcra Hakimiyyəti başçısının birinci müavini Tofiq Əhmədov, Təhsil, səhiyyə, mədəniyyət, digər xidmət sahələri rəhbərlərinin də iştirak etdiyi görüşdə rayonunun sosial-iqtisadi inkişafı, əhalini narahat edən problemlərin həlli istiqamətində həyata keçirilən tədbirlərdən, infrastrukturun yaxşılaşdırılması istiqamətində görülən işlərdən danışılıb. Çıxış edən icra başçısı ölkə prezidenti cənab İlham Əliyevin verdiyi tapşırıqların həyata keçirilməsi, əhalinin qayğı və problemlərinin yerindəcə öyrənilməsi və operativ həlli üçün keçirilən bu cür səyyar qəbul-görüşlərin önəmli olduğunu bildirdi.

Qəsəbə sakinlərindən ƏzimovArif, Muxtarov Zahir, Qarayeva Yeganə, Əzimov Zakir, Hüseynova Ülkər, Əliyev Azad, Əliyeva Gülər və başqaları əhalinin həyat şəraiti, ölkəmizdə gedən sosial-iqtisadi inkişafdan qaçqın və məcburi köçkünlərimizin də daim diqqət mərkəzində saxlanılmasından, digər yerlərdə olduğu kimi köçkün qəsəbələrində yaşayan insanlara göstərilən diqqət və qayğıdan razılıqlarını ifadə edərək bəzi problemlərin olması barədə də məlumat veriblər. Sakinlər.. Çıxışlarında Qəsəbə sakinlərinin məşğuliyyəti üçün onlara torpaq sahəsinin ayrılmasına, qəsəbədə tibb məntəqəsinin fəaliyyət başlamasına, işlə təmin olunmaq və digər məsələlərinin həllinə ehtiyac olduğu diqqətə çatdırılıb. Rayon icra hakimiyyətinin başçısı Vaqif Həsənov Vətəndaşların qaldırdıqları məsələlərin həlli istiqamətində əlaqədar qurum və təşkilatların rəhbərlərinə yerindəcə tapşırıqlar verib və onların həlli nəzarətə götürülüb.

Paylaş »
››› Rusiyada dollar satışını dayandırıblar
››› Rubl ağır günlərini yaşayır: Azərbaycana hansı təsirləri olacaq?
››› Almaniyada qalıb yaşamaq istəyənlər necə davranmalıdır
››› Dünya bazarında Azərbaycan nefti bahalaşır: Halımıza nə təsiri olacaq?
››› "Mən bu şeiri sənin harana yazım" - Bakı Nəqliyyat Agentliyi milli fəlakətə çevrilib
››› "Ölüm yolu": İnsanların həyatına qənim kəsilən yolda niyə tədbir görülmür...
››› Qardaş ölkədə “çörək imtahanı”
Son xəbərlər
Bütün xəbərlər »