Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Mafiya sıralarını tərk edib kitab yazdı, təqdimatdan çıxarkən öldürüldü
Danimarkanın paytaxtı Kopenhagen şəhərində “Los Guerreros” qruplaşmasının keçmiş lideri Nedim Yaşar öldürülüb.

Bu barədə Kopenhagen polisi açıqlama verib. Açıqlamaya əsasən, dünən axşam saatlarında şəhərin Nörrebro səmtindəki bir küçədə Yaşara 2 dəfə atəş açan şəxs hadisə yerindən qaçıb. Ağır yaralı xəstəxanaya çatdırılsa da, onu xilas etmək mümkün olmayıb.

Nedim Yaşar bir müddət əvvəl təhdid edildiyini bildirmişdi, ötən il də hücuma məruz qalmışdı. Yaşar yerli bir radioda “Polis radiosu” adlı proqram hazırlayırdı. Bundan başqa onun mafiyaya aid kitabı da çapdan çıxmışdı. Yaşar isə kitabın təqdimatından çıxanda güllələnib. (Olke.az)

Son xəbərlər
Bütün xəbərlər »