Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Trampdan qızı ilə bağlı açıqlama: "Gizlətməyə çalışmırdı..."

ABŞ Prezidenti Donald Tramp qızı İvanka Trampın ünvanına səsləndirilən işgüzar yazışmalarda şəxsi poçt hesabından istifadə haqqında iddialara münasibət bildirib.

Bu barədə CNN informasiya yayıb.

Tramp bu vəziyyəti keçmiş prezidentliyə namizəd Hillari Klintonun iştirakı ilə baş vermiş qalmaqalla müqayisə etməməyi məsləhət görüb.

“İvanka öz məktublarını gizlətməyə çalışmayıb. Bütün məlumatlar prezident arxivində var”, - Tramp bildirib.

ABŞ lideri həmçinin növbəti dəfə mətbuatı saxta xəbərlər yaymaqda ittiham edib. (Axar.az)

Son xəbərlər
Bütün xəbərlər »