Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Moskvada qazıntı zamanı mamont qalıqları və xəzinə tapıldı

Moskva vilayətinin Zaraysk dayanacağında arxeoloqlar ibtidai insanın yaşadığı qədim məskəni aşkar ediblər.

Bundan başqa içərisində xəzinə gizlədilmiş mamont kəlləsi də tapılıb. Bu barədə mədəniyyət nazirliyinin Moskva idarəsi məlumat yayıb.

Arxeologiya institununun ekspedisiyasına rəhbərlik edən Sergey lev bildirib ki, xəzinədə zinət əşyaları və silahlar var. Bundan başqa alimlər ibtidai insanın məskənini, mamontun sümük və dişlərini də tapıblar.

Bundan başqa alimlər ilk insan düşərgəsini qazıblar və çoxlu heyvan sümüyü aşkar ediblər. Bütün düşərgədə kömür izi və qırmızı rəng izi də tapılıb. Qeyd edək ki, düşərgə üst paleolit dövrünə aiddir. (Olke.az)

Son xəbərlər
Bütün xəbərlər »