Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Dünən yol qəzalarında 7 nəfər ölüb
Dünən respublika ərazisində ölümlə nəticələnə bir neçə yol qəzası baş verib.

DİN xəbər verir ki, noyabrın 20-də saat 17 radələrində Şəki rayonunun Vərəzət kəndi ərazisində rayon sakini Asiman Sədirov idarə etdiyi “VAZ-21061” markalı avtomobillə yolu keçən kənd sakini, azyaşlı Mehrab Qasımovu vurub. Xəstəxanaya yerləşdirilmiş uşaq orada ölüb.

Noyabrın 20-də saat 19 radələrində Tovuz rayonunun Aşağı Quşçu kəndi ərazisində kənd sakini Fazil Rzayev idarə etdiyi “Mercedes” markalı avtomobillə yolu keçən həmkəndlisi Rəhilə Namazovanı vurub. Xəstəxanaya yerləşdirilən piyada orada ölüb.

Həmin gün 1 saat fərqlə Sumqayıt ərazisində şəhər sakini Ceyhun Baxışov idarə etdiyi “Lexus” markalı avtomobillə yolu keçən Yavər Əhmədovu vurub və nəticədə piyada hadisə yerində ölüb.

Eyni saatda isə Nizami rayonunun Babək prospektində Bakı şəhər sakini Rahim Sultanov idarə etdiyi “Daewoo” markalı avtomobilli yolun kənarında dayanmış paytaxt sakini Emil Həsənova məxsus “Audi” markalı avtomobilə vurub. Nəticədə R.Sultanov hadisə yerində ölüb, E.Həsənova xəstəxanada ilkin tibbi yardım göstərildikdən sonra buraxılıb.

Noyabrın 20-də saat 22 radələrində Zaqatala rayonunun Yolayrıç kəndi ərazisində rayon sakini Emin Kahayev idarə etdiyi “Priora” markalı avtomobili yolun kənarındakı ağaca vurub. Nəticədə sürücü hadisə yerində, sərnişini Amid Şabanov isə xəstəxanada ölüb.

Noyabrın 21-də saat 1 radələrində Balakən rayonunun Poçtbinə kəndi ərazisində Bakı şəhər sakini Ülvi Əliyev idarə etdiyi “Nissan” markalı avtomobili yolun kənarındakı elektrik dirəyinə vurub və zərbədən avtomobil aşıb. Sürücü hadisə yerində ölüb.

Son xəbərlər
Bütün xəbərlər »