Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Rza Rzayevlə məktəb direktoru arasında baş verən insidentlə bağlı DİN-dən açıqlama
Daxili İşlər Nazirliyi (DİN) Bakıda aktyor Rza Rzayevlə məktəb direktoru arasında baş verən insidentə münasibət bildirib.

Nazirliyin Mətbuat xidmətinin rəis müavini, polis polkovniki Orxan Mansurzadə report-un sorğusuna cavab olaraq qeyd edib ki, faktla bağlı Nizami rayon Polis İdarəsinin 25-ci polis şöbəsində təhqiqat araşdırması aparılıb, hər iki şəxsin ərizələri və izahatları alınıb: "Həmçinin onların tibbi ekspertizadan keçirilmələri təmin olunub. Təhqiqat zamanı faktla əlaqədar toplanmış materiallar sonrakı araşdırmaların aparılması və hadisəyə hüquqi qiymət verilməsi üçün istintaq orqanına göndərilib".

Qeyd edək ki, sosial şəbəkələrdə aktyor R.Rzayevin 175 saylı orta məktəbin direktoru Tural Mirzəliyevi döyməsinə dair məlumatlar və görüntülər yayılıb. Hadisə ilə bağlı Bakı Şəhəri üzrə Təhsil İdarəsi də məlumat yayıb. Məlumatda direktor Tural Mirzəliyevə qarşı baş vermiş fiziki zorakılıq halı pislənilir: "Məsələni Təhsil Nazirliyinin rəhbərliyi bilavasitə diqqət mərkəzində saxlayır".

Paylaş »
››› Sədərək Ticarət Mərkəzində qadınları necə aldadırlar...
››› “Trendyol” birbaşa Azərbaycana sifariş göndərəcək: Vasitəçilərin aqibəti necə olacaq?
››› Hansı bürc hansı şəkildə təriflənməyi daha çox sevər
››› Snopp Dogg Azərbaycan rejissorunun videosunu paylaşıb - Video
››› Putinin milyonçu etdiyi qohumu üzə çıxıb
››› Azərbaycanda neft yataqları köhnəlir: Hasilatın azalması hansı problemlərə yol aça bilər?
››› Direktorların ucbatından minlərlə şagird tam orta təhsil ala bilmir
Son xəbərlər
Bütün xəbərlər »