Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Deputat: 50 minlik əhaliyə bir təcili yardım maşını xidmət göstərir
Zərdab əhalisinin Bakıya çıxışını təmin edən Zərdab-Mollakənd yolu bir neçə il bundan əvvəl əsaslı şəkildə tikilərək istifadəyə verildi. Nəzərə alsaq ki, bu yol hazırda həm Zərdab rayonunun, həm də qonşu rayonların - İmişlinin, Ağcabədinin şəhərə çıxışı üçün alternativ, əhəmiyyətli bir yoldur və bu yol, demək olar ki, dağılıb və istifadəsizdir. Odur ki, Zərdab-Mollakənd yolunun əsaslı təmirinə ehtiyac var.

Oxu.Az xəbər verir ki, bunu millət vəkili Jalə Əliyeva parlament komitələri tərəfindən plenar iclasların ikinci oxunuşunun müzakirəsinə tövsiyə olunan 2019-cü ilin büdcə zərfi ilə bağlı fikirlərini açıqlayarkən deyib.

Onun sözlərinə görə, tikintisinə vəsait ayrılmış olan, lakin hələlik tikintisinə başlanılmayan Ucar-Zərdab-Ağcabədi yolunun tikintisinin tezləşdirilməsinə ehtiyac var.

O qeyd edib ki, altı yaşayış məntəqəsini birləşdirən Zərdab-Qaravəlli yoluna da vəsait ayrılsa da, bu yolun tikinti işləri hələ də başlanmayıb:

“Həmin layihənin sürətləndirilməsini xahiş edirik. Kəndlərarası yolların əsaslı təmir edilməsinə ehtiyac görürük. Həmçinin, təhsilin inkişafının təmin etmək məqsədilə 1 saylı Zərdab Natəvan orta məktəbinin yenidən tikilməsi üçün hələ iki əvvəl vəsait ayrılsa da, tikinti işlərinə başlanılmayıb və bu təklifimizi ötən illər irəli sürmüşük. Rayonun Dəliquşçu kənd orta məktəbi qəzalı vəziyyətdədir və tezliklə bu kəndin məktəbinin təmirinə və yenidən tikintisinə böyük bir ehtiyac hiss olunur.

Bu xəstəxana bütün avadanlıqlarla, dünya standartlı avadanlıqlarla təchiz edilib. Lakin təəssüflər olsun ki, bu xəstəxananın dializ şöbəsi bu günə qədər tam rejimi ilə işləyə bilmir və hətta deyərdim ki, heç işləmir.

Yəni, xəstəxanadakı dializ makinalarının işləməsi üçün filtr cihazlarına ehtiyac var. Çünki bu cihazlarla həmin aparatlar işləyirlər və son dəfə rayonda olarkən yerli sakinlər mənə müraciət edərək, xəstələri olduqları zaman dializ xəstələrini qonşu rayonlara aparmaq məcburiyyətində qaldıqlarını bildirmişdilər.

Bu məsələni Səhiyyə Nazirliyinin nəzərinə çatdırmaq istəyirik. Eyni zamanda, rayonun əhalisinin sayının artmasını nəzərə alaraq həmin rayon xəstəxanasında bu günə qədər mövcud olmayan Təcili Yardım Stansiyasının açılmasına bir ehtiyac hiss olunur və təcili yardım haqqında danışmışkən, bütün rayona, sadəcə, bir təcili yardım maşını ilə xidmət göstərilir ki, bu da əhalisi 50 mindən artıq olan bir rayon üçün, əlbəttə, çox azdır”.

Paylaş »
››› Ərdoğandan Sezen Aksuya sərt sözlər: “Uzanan dilləri qoparmaq vəzifəmizdir”
››› Kremlin aşpazı Putinin yemək sirlərini açıqlayıb
››› Pensiyasını almaq üçün cəsədi poçt şöbəsinə aparıblar
››› Yanvarın 23-nə olan hava proqnozu
››› ABŞ-ın yeni hərbi yardımı Ukraynaya çatdırılıb
››› NK karantin rejiminin dəyişməsi ilə bağlı qərarlar qəbul edib
››› Yuxuda dəniz görmək nə vəd edir - Yuxuyozma
Son xəbərlər
Bütün xəbərlər »