“2007-2015-ci illərdə gənclərin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı”nın məzunlarının 20 nəfəri Təhsil Nazirliyində işlə təmin olunub”.
Bizimyol.info xəbər verir ki, bu barədə təhsil naziri Ceyhun Bayramov bildirib.
Onun sözlərinə görə, “2007-2015-ci illərdə gənclərin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı”nın məzunlar haqqında məlumat müvafiq mərkəzi və yerli icra hakimiyyətinə, eləcə də, iri şirkətlərə məlumat verilir.
“Təhsil Nazirliyi olaraq biz onların işlə təmin olunması istiqamətində bu addımı atırıq. Dövlət Proqramının məzunları onlara uyğun təklifləri dəyərləndirə bilərlər”.
Ramid İbrahimov