Bizimyol.info xəbər verir ki, bu barədə Təhsil naziri Ceyhun Bayramov “2019-2023-cü illər üçün ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı”na həsr olunan mətbuat konfransında bildirib.
O deyib ki, Dövlət Proqramına əsasən ölkəmizin ali təhsil müəssisələrinin akademik potensialının gücləndirilməsi məqsədilə milli kadrların hazırlanması üçün xaricdə doktorantura səviyyəsində təhsil maliyyələşdirilməsi nəzərdə tutub.
“Bu məqsədlə doktorantura səviyyəsi üzrə seçmin təkmilləşdirilməsi, təhsil naliyyətlərinin monitorinqi sisteminin yaradılması, müxtəlif sahələr üzrə yerli ali təhsil və elm müəssisələri üçün peşəkar mütəxəssislərin yetişdirilməsi həyata keçiriləcək”,-deyə nazir bildirib.
Ramid İbrahimov