Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“Beynəlxalq ikili diplom proqramı təsis olunacaq” - Təhsil naziri
Bu gün Təhsil Nazirliyində “2019-2023-cü illər üçün ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı”na həsr olunan mətbuat konfransı keçirilir.

Bizimyol.info xəbər verir ki, tədbirdə çıxış edən Təhsil naziri Ceyhun Bayramov Dövlət Proqramı çərçivəsində ali təhsil sisteminin məzmun və keyfiyyət göstəricilərinin müasirləşdirilməsi üçün ilkin mərhələdə 5 beynəlxalq ikili diplom proqramının təsis olunacağını və onların icrasına dair monitorinqin nəticələrinə uyğun layihənin davam etdiriləcəyini deyib.

“Bu məqsədlə nüfuzlu xarici tərəfdaş ali təhsil müəssisələrinin seçimi, xarici mütəxəssislərin cəlb olunması yolu ilə yerli ali təhsil müəssisələrində inzibati-akademik həyətin təlimi və tədris proqramlarının yenilənməsi, beynəlxalq ikili diplom proqramının maliyyələşdirilməsi həyata keçiriləcək”,-deyə nazir bildirib.

O qeyd edib ki, Dövlət Proqramı Dövlət Neft Fondunun vəsaiti və alternativ mənbələrin hesabına maliyyələşdiriləcək.

Ramid İbrahimov

Son xəbərlər
Bütün xəbərlər »