Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Model Leyla Əhmədovanın məhkəmədə ürəyi getdi
"Nəyə görə mənim 4 uşağım çöldə qalmalıdır?"

Model Leyla Əhmədovanın məhkəmədə ürəyi getdi

Bakı Ağır Cinayətlər Məhkəməsində oğurluqda təqsirləndirilən Ceyhun Eyvazov, Nizami Ağayev və Azər Lütfəliyevin cinayət işi üzrə məhkəmə iclası başlayıb.

Bizimyol.info xəbər verir ki, təqsirləndirilən şəxslər sahibkar, modelyer Leyla Əhmədovanın icarə əsasında işlətdiyi obyektdən oğurluq etməkdə ittiham edilirlər.

Hakim Mirzə Xankişiyevin sədrliyi ilə keçirilən prosesdə məlum olub ki, təqsirləndirilən şəxslərdən yalnız C.Eyvazovun barəsində həbs qətimkan tədbiri seçilib, digər iki şəxs isə ev dustaqlığındadır.

Daha sonra təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib.

Zərərçəkmiş L.Əhmədovanın vəkili vəsatət qaldıraraq, N.Ağayevlə A.Lütfəliyevin də barəsində həbs qətimkan tədbirinin seçilməsinin və onların məhkəmə zalında həbs edilməsini istəyib.

Təqsirləndirilən N.Ağayevin vəkili isə cinayət işinə xitam verilməsi ilə bağlı vəsatət qaldırıb.

Vəsatətlərə münasibət bildirən L.Əhmədova göz yaşlarını saxlaya bilməyib və N.Ağayevin C.Eyvanovu onun üstünə göndərdiyini deyib: "Nəyə görə mənim 4 uşağım çöldə qalmalıdır?".

L.Əhmədova çıxış edən zaman onun ürəyi gedib. Məhkəmə zalında olan nəzarətçilər ona yardım edib.

Məhkəmə vəsatətləri təmin etməyib.

Baxış iclası dekabrın 3-nə təyin edilib.

Qeyd edək ki, L.Əhmədova 2014-cü ildə Bakının Cəfər Cabbarlı küçəsi 29 ünvanında yerləşən obyekti Ağayev Nizami Tofiq oğlu və Lütfəliyev Azər İsaq oğlundan aylıq 24 min manata icarəyə götürüb.

Daha sonra həmin şəxslər arasında mübahisə düşüb və obyekt sahibləri L.Əhmədovanı oradan çıxarmağa çalışıb.

L.Əhmədovanın sözlərinə görə, obyektə basqın zamanı ona 200 min manat ziyan vurulub: “Burada olan paltarlarım, bahalı parçalarım, aksessuarlarım və seyfdə olan böyük məbləğdə vəsait oğurlanıb”

Hüquq-mühafizə orqanları əməkdaşları tərəfindən araşdırma zamanı 3 nəfər - Ceyhun Eyvazov, Nizami Ağayev və Azər Lütfəliyev saxlanılıb.

Həmin şəxslər barəsində Cinayət Məcəlləsinin 177.3.2-ci (oğurluq, külli miqdarda törəldildikdə) maddəsi ilə ittiham irəli sürülüb.

Rəşad VAQİFOĞLU

Paylaş »
››› “Putin gözlənilməyən yerə hücum edəcək” - Siyahıda hansı ölkələr var?
››› Baş Prokurorluq "Ştutqart"-ın sahibi olan keçmiş deputatla bağlı cinayət işi açıb
››› Dolların bahalaşması təxirə düşdü: Dünyada baş verənlər manatı möhkəmləndirir...
››› Ət niyə bahalaşdı və ya "pulu kreditə ödəyək, yoxsa cəriməyə"...
››› Nazarbayev son çıxışında nələrə eyham vurdu: “Ola bilər, təhlükəsizlik zəmanəti alıb”
››› Dünyanın ən bahalı evi hərraca çıxarılıb - Foto
››› Prezident İradə Gülməmmədovanı vəzifəsindən azad edib
Son xəbərlər
Bütün xəbərlər »