Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Dələduzluqda təqsirləndirilən Sahib İbrahimovun məhkəməsi başladı
O, dələduzluqda və vəzifə səlahiyyətlərindən sui-istifadə eməkdə itiham edilir

Bakı Ağır Cinayətlər Məhkəməsində Sahib İbrahimovun cinayət işi üzrə məhkəmənin hazırlıq iclası başlayıb.

Bizimyol.info xəbər verir ki, Diasporla İş üzrə Dövlət Komitəsinin keçmiş sədri Nazim İbrahimov və iş adamı Hacı İbrahim Nehrəmlinin qardaşı olan S.İbrahimov dələduzluqda və vəzifə səlahiyyətlərindən sui-istifadə eməkdə itiham edilir.

Hakim Ramella Allahverdiyevanın sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

S.İbrahimov Naxçıvan Muxtar Respublikasının Babək rayonun Nehrəm kəndində 1971-ci ildə doğulduöunu, hazırda Yasamal rayonunda qeydiyyatda olduğunu deyib.

O, bbizneslə məşğul olduğunu bildirib. Təqsirləndirilən deyib ki, vəkilinin təcili işi olduğu üçün məhkəməyə gəlməyib.

Daha sonra zərərçəkmiş Etibar Allahverdiyevin vəkili Xəqani İmanov orderi məhkəməyə təqdim edib. İstintaq dövründə zərərməkmiş E.Allahverdiyev mülki iddia qaldırıb. O, 162 min 400 dollar maddi ziyanın və 50 min manat isə mənəvi ziyanın ödənilməsini istəyib.

Məhkəmənin hazırlıq iclası noyabrın 28-də davam etdiriləcək.

S.İbrahimov Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq; külli miqdarda törədildikdə) və 308-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə ittiham olunur. Məhkəmənin qərarı ilə S.İbrahimov barəsində həbs qətimkan tədbiri seçilmişdi. Daha sonra onun barəsində ev dustaqlığı qətimkan tədbiri seçilib və həbsdən buraxılıb.

Cinayət işində 52 zərərçəkmiş var. Ümumilikdə isə onlara 2 milyon manat ziyan dəyib.

Məlumata görə, S.İbrahimov zərərçəkmişlərə dəymiş zərərin bir qisimini ödəyib.

Xatırladaq ki, mətbuatda daha əvvəllər də S.İbrahimovun tikinti şirkətinin vətəndaşları aldatması ilə bağlı şikayət məktubları yer alıb. Belə ki, şikayətçilər müqavilə əsasında şirkətə pul ödəsələr də, mənzillərin onlara verilmədiyini bildiriblər.

Rəşad VAQİFOĞLU

Paylaş »
››› Ziddiyyətli açıqlamalar: Evlər ucuzlaşacaq, yoxsa bahalaşacaq?
››› Orta statistik Azərbaycan ailəsi istirahətin nə olduğunu həyatı boyu bilməyəcək
››› "Deputatlar oldular, ya olmadılar.., heç bir fərqi yoxdur"
››› Ucuz və baha kolbasanın fərqi: "İçində ətdən başqa hər şey var"
››› Yuxuda ağlamağın yozumu nədir...
››› Sakit okeanda Tonqa krallığını sunami viran edib - Video
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
Son xəbərlər
Bütün xəbərlər »