"Latsio"nun yarımmüdafiəçisi qələbədə azarkeşlərin önəmli olduğunu vurğulayıb: "Priştinada gözəl duyğulu anlar yaşandı. Hələ bütün azarkeşlər bura gələ bilməyib. Onlar evlərində bizə dəstək oldular. Stadionda olanlar bizi həddən artıq çox motivasiya etdilər. Möhtəşəm oynadıq. Biz şəxsi oyun nümayiş etdirmirdik. Ruhumuzla, qanımızla oynayıb, qalib gəldik. Komanda şəklində mübarizı apardıq".
25 yaşlı futbolçu millimizin oyundan öncə favorit olduğunu söyləyib: "Azərbaycan favorit idi, yetərincə təcrübələri var. Biz də güclü komanda olduğumuzu bilirdik. Ancaq komanda şəklində oynadıq və azarkeşlərin bu möhtəşəm dəstəyilə qalib gəldik. Hətta oyunun gedişində anlamışdıq ki, hesab daha da böyük ola bilər".