Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Hemofiliyalı xəstələri Səhiyyə Nazirliyindən dərman tələb edir - Video
Səhiyyə Nazirliyinin qarşısına toplaşan bir qrup hemofiliyalı xəstələri onlara dərman preparatları ilə təmin olunmadıqlarını bildiriblər.

Bizimyol.info xəbər verir ki, şikayətçilər hemofiliyalı xəstələrə göstərilən tibbi yardımın daha da təkmilləşdirilməsinə ehtiyac olduğunu vurğulayıblar.

Hemofiliyalı xəstələri Elmin Xəlilov və Rəhman Abbaszadənin sözlərinə görə, hemofiliyalı xəstələrdə qanaxmaların profilaktikası məqsədi ilə faktor preparatları ilə müalicə təşkil edilir. Amma 3 aydır onlara faktor preparatı verilmir.

Hemofiliya - bütün dünyada, o cümlədən Azərbaycanda geniş yayılmış irsi qan xəstəliyidir. Elmi-Praktik Hemofiliya Mərkəzində 2017-ci ildə 1585 xəstə dispanser qeydiyyatına alınıb. Bu xəstəlik insan qanında laxtalanma faktorlarının çatışmazlığı nəticəsində əmələ gələn, anadan əsasən oğlan uşaqlarına irsən ötürülən xəstəlikdir.

Ramid İbrahimov

https://youtu.be/XH2W_GbV1bk

Son xəbərlər
Bütün xəbərlər »