Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin əməkdaşları məktəb direktoruna baş çəkdi
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin əməkdaşları ağır xəsarətlər səbəbindən Sabunçu xəstəxanasına yerləşdirilən 175 saylı orta məktəbin direktoru Tural Mirzəliyevə baş çəkib, onun səhhəti ilə maraqlanıblar.

Bizimyol.info xəbər verir ki, bu barədə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Bəşarət Məmmədov məlumat verib. O bildirib ki, məsələni Təhsil Nazirliyinin rəhbərliyi bilavasitə diqqət mərkəzində saxlayır:

"Bakı Şəhəri üzrə Təhsil İdarəsinin əməkdaşları ilə birgə aldığı ağır xəsarətlər səbəbindən Sabunçu xəstəxanasına yerləşdirilmiş 175 nömrəli tam orta məktəbin direktoru Tural Mirzəliyevə baş çəkdik, səhhəti ilə maraqlandıq, həkimlərlə söhbət etdik. Vəziyyəti yaxşı deyil.

Məsələni Təhsil Nazirliyinin rəhbərliyi bilavasitə diqqət mərkəzində saxlayır. Bir təhsil işçisi, məktəb direktoru ictimaiyyətin gözü qarşısında fiziki zora məruz qalıb, döyülüb, ciddi xəsarətlər alıb. Başında və üzündə zərbələrdən aldığı xəsarətlər, başgicəllənmə və ürəkbulanma əlamətləri ciddi narahatçılıq yaradır. Fiziki ağrılardan daha çox mənəvi ağrılar onu narahat edir məncə.

Bu saatlara qədər yüzlərlə təhsil işçiləri - məktəb direktorları, müəllimlər, eləcə də valideynlər və hətta şagirdlər belə Tural müəllimi xəstəxanada ziyarət edir, həyətdə gözləyirlər.

Tural müəllimə qarşı baş vermiş zorakılığı pisləyir, ona Allahdan şəfa diləyir, məsələnin ədalətli hüquqi qiymət alacağına inanır, tezliklə sağlamlığına qovuşmasını arzulayırıq!".

Bizimyol.info

Paylaş »
››› "Cütlüklərə zəng edirlər ki, boşanın, sizi evlə təmin edək" - "Qaçqınkom"-da nə baş verir...
››› Zelenski xalqa müraciət edib: "...Qaçmağa başqa yerimiz yoxdur"
››› Qazaxıstan XİN Tokayevin "xəbərdarlıq etmədən güllələmək" əmrini açıqlayıb
››› 67 ildir yuyunmur, ölü heyvan əti ilə qidalanır, amma tam sağlamdır - Foto
››› "Rusiya sovet hökümətinin varisidirsə, bu hadisə ilə də üzləşməli idi"
››› 20 Yanvar və Çin...
››› Yanvarın 21-nə olan hava proqnozu
Son xəbərlər
Bütün xəbərlər »