Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Moskva aeroportunda təyyarə ermənini vurdu
Rusiyanın hüquq-mühafizə orqanları Moskvanın “Şeremetovo” aeroportunda təyyarənin vurduğu kişinin şəxsiyyətini müəyyənləşdirib.

Oxu.Az “Moskva 24” telekanalına istinadən xəbər verir ki, ölən şəxs Madriddən vətəninə deportasiya edilən və Moskva aeroportundan Yerevana getməli olan 25 yaşlı Ermənistan vətəndaşıdır.

Qeyd edilib ki, kişi Madriddən Moskvaya uçan təyyarənin göyərtəsində insident törətdikdən sonra reysi tərk edib, bundan sonra onun taleyi naməlum qalıb.

Aeroport nümayəndəsi kişinin cəsədinin eniş zolağında aşkarlandığını təsdiqləyib.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər
Bütün xəbərlər »