Axşam.az bildirir ki, bu barədə ifaçının prodüseri Nicat məlumat verib. O, Xalidin 3 gün ərzində əməliyyat olunacağını bildirib:
"Vəziyyəti yaxşı deyil. Sistem köçürülüb. Ağrıkəsici və yuxuya getməsi üçün iynələr vurublar. Ağrı çox güclü idi. Ayağa dura bilmirdi. İnşallah, əməliyyat uğurla keçər".
Prodüser sənətçinin böyrəyindən əməliyyat olunacağını qeyd edib.