Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Abel Məhərrəmovun insanlığa sığmayan əməlləri

Siyasi elmlər üzrə fəlsəfə doktoru, AMEA-nın əməkdaşı, dosent Şahin Bağırov öz Facebook səhifəsində ürəkağrısı ilə BDU-nun sabiq rektoru Abel Məhərrəmovun insanlığa sığmayan əməlləri barədə yazıb.

Və sonda keçmiş rektorun mükləri, avtomobilləri, gəlirləri barədə insanı dəhşətə gətirən material paylaşıb.

Bizimyol.info NUH.az-a istinadən Şahin Bağırovun fikirlərini və rektorun mülklərinin siyahısını olduğu kimi dərc edir.

"Yıxılana balta çalmazlar"-deyilir... Amma "yıxılan" da gərək, begemot yox, insan olsun. Bu "aforizmlər" qıvlasızlara deyil, insanlar üçün deyilib... Abel Məhərrəmovdan bəlkə də yazmazdım... Amma onun 30 illik yaxın dostu, nəvəsinin kirvəsi, BDU-da uzun illər tədris məsələləri üzrə müavini olmuş İbad İbadovun başına gətirdikləri XXl əsrin əvvəllərində təhsil sistemində "Müsübəti-Fəxrəddin" olayını yaşatmasıdır ki adamı susmağa qoymur, göynədir... Bu begemot uzun illərin dostu və müavini İ.İbadovu tələbə və müəllimlərin gözü qarşısında əzişdirib-ağız-burnunu al-qana boyadanda bilmirdi ki, bunun bədəlini ona ən azından Allah göstərəcək?! Onun oğlu-polis mayoru Telman İbadovu 11 il 5 ay müddətinə həbsə aldıranda anlamırdı ki, bunun bədəlini ən azından Böyük Allah verəcək ?! Axı Telman öz oğlu Hüseyni onun qucağında otuzduraraq kirvə olmuşdular ?! T. İbadovun yeznəsi Mübarizi 15 il həbs etdirəndə kəsdiyi duz-çörəyi fikirləşmirdi ? Peyğəmbərlər kitabı.2-cilddə, səlnamə 6:29,30-da yazılıb: "Yaradan hər bir bəndəsilə maraqlanır. Nə çəkdiyimizi, dərd-qəmimizi təkcə özümüz yox, Allah da bilir".

1.ALFERO - Nabranda 200 hektar ərazidə inşa edilən, sanki bu qəsəbənin təqribən 4-də 3-nü əhatə edən, dəyəri 61 milyon manat civarında ölçülən istirahət məkanı. Rektorun qızı İzabellanın adına qeydiyyatdan keçib.

2.MONO-LİZA - Bakıda ən bahalı və məşhur şadlıq sarayıdır. Dəyəri 12 milyon manat civarında ölçülür.

3. İZABELLA Şadlıq Sarayı - Bakıda Elmlər Akademiyası Metrostansiyasının yaxınlığında, dəyəri 23 milyon manat civarında ölşülür.

4.BDU-nun 20-yə yaxın bufet və yeməkxanalarından ildə 1 milyon 200 min manat icarə pulu gəlir kimi götürülürmüş.

5. Bakıda 11 müxtəlif ərazidə SPA İdman salonlarından əldə olunan gəlirlər. Hər birinin tikintisi üçün dəyər 4, yaxud 7 milyon manat civarında ölçülür.

6. A.Məhərrəmovun korrupsioner fəaliyyətində BDU tələbələrinin elmi-texniki təchizatının sosial-məişət avadanlıqlarının müasirləşdirilməsi adı altında dəyəri 930 milyon 282 min manat civarında olan avadanlıqlar gömrük rüsumu ödənmədən ölkəyə gətirilərək otel və restoranlarında yerləşdirilmişdir.

7. A. Məhərrəmovun şəxsi avtomobil qarajında dünyanın ən müasir son model avtomobillərinin siyahısı:

1 )LAMBARCİNİ (İtaliya istehsalı);

2) Bentli (İtaliya istehsalı);

3) Porşe KM (Almaniya istehsalı);

4). Land Rover (İngiltərə istehsalı);

5). MERSEDES AMG 6.5 motor (son model, bronirimenni zirehi olan gülləkeçməz), dəyəri 1 milyon 800 min yevro dəyərində ölçülür;

6) AUDİ Q7;

7) AUDİ Q9 (Son model, qiyməti 450 min yevro);

8) Qallen Vagen (Almaniya istehsalı)- qiyməti 250 min yevro;

9)BMV X6 (Cip, son model qiyməti 200 min yevro);

10) BMV Sedan ?:) 760 Lİ markalı - qiyməti 400 min yevro. ( Bu avtomobili çox vaxt A.Məhərrəmov özü də Bakıda idarə edirmiş);

11) Sahil Ticarət Mərkəzində ən bahalı RAMSEY (İtaliya-Türkiyə istehsalı olan brendlər olan kişi kostyumları mağazaları şəbəkəsi);

Statusunun sonunda alim ürəkağrısı ilə qeyd edir: “İlahi, bu nədir ? Belə nəticəyə gəlmək mümkündür ki, təhsilimiz ermənilərin əlindəymiş”

Paylaş »
››› Pensiyasını almaq üçün cəsədi poçt şöbəsinə aparıblar
››› Rusiyada buzlu çaya girən qadın yoxa çıxdı - Video
››› NK karantin rejiminin dəyişməsi ilə bağlı qərarlar qəbul edib
››› Yanvarın 23-nə olan hava proqnozu
››› Yuxuda dəniz görmək nə vəd edir - Yuxuyozma
››› ABŞ-ın yeni hərbi yardımı Ukraynaya çatdırılıb
››› Sərnişin maska ​​taxmadığına görə, təyyarə yarı yoldan geri dönüb
Son xəbərlər
Bütün xəbərlər »